Contact phone number:(+99450) 247 34 27

Contact email:

“Zirvə” Bİ Klublarının Sumqayıtda boks zalı açıldı – Fotolar + Video

03/07/2019

Fəaliyyətə başladığı dövrdən ölkənin idman həyatında önəmli rol oynayan “Zirvə” Beynəlxalq İdman Klubları bu ildən etibarən öz inkişaf strategiyasına yeni yön verərək bir çox idman növlərini də öz çətiri altında inkişaf etdirməyi qərara alıb.

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, əsasən də olimpiya idman növlərində peşəkar idmançıların yetişdirilməsini özünə əsas vəzifə seçib. Bunun üçün isə peşəkar idman infrastrukturunun qurulması olduqca vacibdir.Bu baxımdan növlər üzrə təlim-məşq bazalarının qurulması önəmlidir. Məhz bu istiqamətdə görülən işlərdən biri də martın 6-sı “Zirvə” Beynəlxalq İdman Klublarının Sumqayıt şəhərində açılan boks zalı oldu. Kikboksinq və pauerliftinq kimi populyar idman növlərinin idmançıları üçün də müvafiq şəraitlə təmin olunan zal Sumqayıt idmansevərlərinin ixtiyarına verildi.

Azərbaycan Kikboksinq Fedarasiyası ilə də sıx əməkdaşlıq edən “Zirvə” Beynəlxalq İdman Klublarının bu növbəti zalı bu baxımdan da olduqca yararlı olacaqdır. Açılış mərasimində iştirak edən Azərbaycan Kikboksinq Fedarasiyasının prezidenti, millət vəkili Adil Əliyev çıxış edərək bu əlamətdar işdən danışdı, uğurlar arzuladı. Həmçinin “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov da çıxış edərək əsas məqsədlərindən söz açdı.

Daha sonra açılış lenti kəsildi. Qonaqlar zaldakı şəraitlə əyani tanış oldular.

Sumqayıtda açılan yeni zalın ünvanı isə belədir: Sumqayıt şəhəri, Koroğlu prospekti,28

reklam

reklam

0 Comment on this Article

Add a comment

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US