Əlaqə telefonu:(+99450) 247 34 27

Əlaqə emaili:

Yeni ili harada qeyd etmək olar?

12/23/2017

Yeni ili necə keçirəcəyinizə qərar vermisiniz? Bayram şənliklərindəmi, xarici ölkəyə səyahətmi ya evdəmi qarşılayacaqsınız?

Yeni ili hər bir insan fərqli şəkildə qeyd etmək istəyir. Əksər insanlar evdə keçirməyi sevir. Və yeni ili evlərində ailələri ilə birlikdə qarşılamağa üstünlük verir. Bəzi insanlar isə bayram şənliklərində olmağa üstünlük verir. Bu haqda isə ötən yazımızda qeyd etmişdik. Nəhayət ən maraqlı hissəyə gəldik – xarici səfərlər. İnsanlar yeni ildə xaricə səfər etməyi, fərqli ölkələrdə qeyd etməyi sevirlər.

Yeni il, yeni arzular, yeni ümidlər, yeni ölkələr, yeni mədəniyyətlər, dost-tanışlar və s. Lakin yeni ildə hansı ölkəyə gedəcəyinizə qərar verməmisiniz. Axtarmaq isə vaxtınızı aparır? Elə isə, bu yazımızı oxuyun, biz sizə dəstək olarıq.

Dubay:

Turizm şirkətlərindən aldığımız məlumata görə yeni ili qarşılamaq üçün insanlarımız ən çox Dubaya üz tutur. Daha sonra isə, Türkiyə, Gürcüstan və Rusiya populyarlıq təşkil qazanır. Finlandiya, Yaponiya, ABŞ, İtaliya, Fransa və bəzi Şərq ölkələrini seçənlər də az deyil. Şərq ölkələrinin (özəlliklə də, Yaponiya, Hindistan, Çin, Koreya) ekzotik və cəlbedici olduğunu düşünən səyahətçilərin fikrincə, bu ölkələrdə yeni il daha da maraqlı keçir.

İndi isə, bu ölkələr haqqında qısaca məlumat verək.

Moskva:

Dünyada yeni il şənliyinin ən möhtəşəm keçirildiyi şəhərlərdən biri də Moskvadır. Rusiyanın digər şəhərlərində də yeni il şənliyi təntənəli keçirilir.  Burada yeni ildə şaxtalı hava olmasına baxmayaraq turist axını davam edir. Həmçinin də, Azərbaycandan yeni ili keçirməyə gedən turistlərin də sayı az deyil.

New York :

Növbəti şəhər okeanın o tayındakı meqapolis Nyu-Yorkdur. Nyu-York bəlkə də dünyanın ən işıqlı şəhərlərindən biridir. Nyu-Yorkun işıqlı olması  yeni ilin daha da şən maraqlı keçməsinə səbəb olur. Nyu-York yeni ili sakit formada qeyd edir. Şənlik Times Meydanında başlayır. Hər il təxminən 1 milyon adam, Times Meydanında görüşüb geriyə doğru sayır.Yeni il girdikdən sonra tədbir Nyu-Yorkun əyləncə mərkəzlərində keçirilir.

Paris :

Gələk bir çoxlarımızın romantizmin paytaxtı saydığı Parisə. Paris-həm romantik, həm də əyləncəli bir yeni il gecəsi üçün ideal yerdir. Yeni il gecəsi yerli əhali və turistlər Champs Elysees bulvarına yığışır. Daha alternativ bir yer axtarırsınızsa Parisin bəlkə də ən yaxşı mənzərəsinə sahib olan yeri sacri Coeur’e gedə bilərsiniz. Katedralin yaxınlığında olan Montmatre bölgəsi də yeni il qeyd etmək üçün ən xüsusi yerlərdən biridir.

London :

Yeni il çox gözəl, şən, möhtəşəm keçirilən şəhərlərdən biri də Londondur. Londonda hər il Thames çayı kənarında təxminən 250.000 adam toplanıb yeni ili qarşılayır. Şəhərdə yeni il qeyd edənlər Trafalgar Meydanında toplaşır. Big Benin zəngləri, yeni ilə girilməsiylə birlikdə 10 dəqiqə ərzində çalır. Atılan hava fişəngləri də səmanı işıqlandırır. Yeni ilin ən əyləncəli tədbirlərindən biri də keçid mərasimidir. Big Ben yolunda davam edən bu keçid mərasiminə yüzlərlə sənətçi qatılır.

İspaniya:

İspaniya dünyanın ən əyləncəli ölkələrindən biridir. Ölkə bu özəlliyini yeni ili qeyd eməklə də ön plana çıxarır. Şübhəsiz ki, ölkənin ən əyləncəli bölgəsi La Ramblada yeni il gecəsinə başlamaq üçün olduqca uyğun məkandır. Yeni ili İspaniyada keçirəcəksinizsə, İspaniyada bir neçə gün daha qalsanız yaxşı olar. Çünki İspaniyanın gəzməli, görməli yerləri daha çoxdur.

Bakı:

Və nəhayət ki, gələk doğma vətənimiz Azərbaycana. Yeni il paytaxt Bakıda necə qarşılanır. Hər kəsin üzündə təbəssüm, hər kəs xoşbəxt, hər kıs yeni ümidlə, yeni arzularla yeni ili gözləyir. İnsanlarımız Dənizkənarı Milli Park (Bulvar) ərazisində toplaşaraq gerisayım edirlər. Və  yeni ilin girişini qeyd edirlər. Atəşfəşanlıq, hava fişəngləri insanların coşqusunu bir az da artırır.

Və nəhayət yeni ili harada və necə keçirməyiniə baxmayaraq, çalışın xoşbəxt və yaddaqalan bir bayram qeyd edəsiniz. Yeni ili gülərüz qarşılayasınız. Bütün neqativliklərinizi 2017-ci ildə saxlayaraq, 2018-ci ildə ancaq gözəl və xoş hadisələr yaşayasınız. Yaddaşınızdan əsla silinməyəcək bir il arzulayıram.

Qeyd: Xarici səfərlər üçün bilet və ya tur paket əldə etmək istərsəniz Nə Harada saytının əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz və ya 050 247 34 27 nömrəsinə müraciət edə bilərsiniz.

Yeni iliniz mübarək!

Pərvin Hacıyeva

Bu məqalə şərh edilməmişdir.

Şərh edin

AXTARIŞ

NƏHARADA MOBİL TƏTBİQİ

SON ƏLAVƏ OLUNAN

  • Roadstone Təkər Mərkəzi

    Roadstone Təkər Mərkəzi

    Tbilisi prospekti 48E, Bakı, Azərbaycan, AZ1078
  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Bakı Biznes Mərkəzi (BBM)

    Bakı Biznes Mərkəzi (BBM)

    Neftçilər 32, Bakı, Azərbaycan

YAXINIMDAKILAR

    Please share your location to view this widget content

SON QİYMƏTLƏNDİRMƏ

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Chayrud Cafe

    Chayrud Cafe

    Heydər Əliyev pr.167, Xırdalan
    Fidan quote Çox gözəl məkandır.Bir neçə dəfə olmuşam burada. Yaz və Payız fəslində daha da seçilir təbiət qoynunda. Kafenin lahmacunlarına isə söz ola bilməz! Hər kəsə məsləhət görürəm!
    on 10/30/2017

BİZİ İZLƏYİN

Tərcümə »