Contact phone number:(+99450) 247 34 27

Contact email:

Yeni il süfrəsi necə olmalıdır?

12/25/2017

Yeni ilə artıq sayılı günlər qalır. Yeni il dedikdə ağıla ilk olaraq nə gəlir? Təbii ki, yolka, Şaxtababa, Qar qız, atəşfəşanlıq, hədiyyələr və s. bütün bunlarla yanaşı ağıla gələn ilk şeylərdən  şampanı, “paytaxt” salatını, dolmanı, mandarini də misal göstərmək olar.

 

Yeni ildə hər birimiz qonaq gedirik və ya evimizə qonaq dəvət edirik. Və bu zaman bizim ən çox dadımıza çatan bizim hazırlıqlı olduğumuz süfrələrimiz olur. Başqa deyimlə desək, bayramın əsas atributlarından biri də süfrədir. Yeni il süfrəsi isə zəngin olmalıdır. Çünki belə bir deyim var ki, “yeni ili necə qarşılasan, il elə də keçəcək”.

Elə ona görə də hər kəs Yeni il süfrəsini daha da təmtəraqlı etməyə çalışır. Təbii ki… imkan daxilində. Çünki hazırkı qiymətlər süfrələrin çoxunun elə də zəngin olmayacağını göstərir.

Bəs biz yeni il süfrəmizi nə ilə bəzəyə bilərik? İstər aksesuar cəhətdən istərsə də dadlı təamlardan. Bir sözlə, Yeni il süfrəsinin olmazsa olmazları və  süfrənin daha maraqlı etməyiniz üçün təkliflərimizi qeyd edəcəyəm.

İlk öncə başlayaq süfrədən. Masada hansı rənglər üstünlük təşkil edəcək? Ən vacib məqamlardan biridir. Bilirik ki, yeni ilin rəngləri tünd göy, mavi, gümüşü, qızılı, qırmızı və yaşıl rəngdir. Daha sonra süfrədəki qab-qacağa önəm verməlisiniz.  Qab-qacaqlar həm düşündüyünüz yeməklərə uyğun olmalı, həm də masadakı rənglərlə uyğunlaşmalıdır. Yəni boşqablar, çəngəl-bıçaq setləri, stakanlar, bakallar bir-biri ilə ahəng olmalıdır. Masadakı bütün hakim tonlar bir-birini izləməlidir.

Süfrəni bəzəmək üçün müxtəlif aksesuarlardan istifadə edə bilərsiniz. Bu sizin süfrənizin mükəmməl görünməsinə şərait yaradacaq. Süfrənin daha xüsusi görünməsi üçün şamlardan istifadə edə bilərsiniz. Bu həm adi şamlar ola bilər, həm də yeni il atributlarının maketi şamlar. Seçim sizdən asılıdır. Süfrənizə hansı daha uyğundursa onlara üstünlük verin.

Daha sonra süfrənizə küknar ağacının çox kiçik bir hissəsini və ya qozalarını dekor kimi qoya bilərsiniz. Əgər canlı küknar yox isə süni olanından istifadə edə bilərsiniz. Bildiyiniz kimi məlum olan bütün mağazalarında satılır.

Masadan danışdığımız zaman salfetləri də unutmayaq. Salfetlərinizin rəngi də hakim rənglərlə uyğunlaşmalı və bu salfetləri dəyişik üsullarla qatladığınız zaman isə daha mükəmməl alınar. Və ya yolka ornamentləri ilə də bəzəyə bilərsiniz.

İndi isə keçək, süfrəmizin əsas qisminə. Süfrədə hansı yeməklər və hansı qidalar olmalıdır?

SU

Qoy həmişə əlinizin altında bir stəkan qazsız su olsun. Ümumiyyətlə bir çox qarışıq yeməklər yeyən və spirtli içki qəbul edən isəniz  su içməklə özünüzü mədə bulantısından sığortamış olarsınız. Amma bayram günü süfrədə çox su içməyə çalışmayın bu həzmetməni poza bilər. Daha yaxşı olar ki, suyu yeməyə 1,5 saat qalmış və ya yeməkdən 40 dəqiqə sonra içəsiniz.

GÖYƏRTİ

Göyərti hər yerdə olmalıdır. Məhz göyərtinin tərkibi bol miqdarda lif, minerallar və vitaminlər mövcuddur. Onlar bayram süfrəsində orqanizmi faydalı maddələrlə təmin etməyə imkan verəcək. Daha bir vacib məqam: cəfəri xoşa gəlməyən qoxulardan, xüsusilə spirtli içki qoxusundan azad olmağa imkan verir.

Təzə tərəvəzlərdən olan salatlardan da çox yeməyə çalışın. Bu artıq çəki ilə nöqteyi nəzərindən tamamilə rahatlıq, eyni zamanda faydalı fermentlər, minerallar deməkdir. Əsas odur ki, mayonez istifadə etməyəsiniz. Əks təqdirdə əlavə kalori deməkdir.

ZEYTUN

Niyə təccüblənirsiniz ki? Hələ heç kim tərəvəzlərin ziyanlı ola biləcəyini deməyib. Zeytun, kartof, soğan, qarğıdalı, yerkökü ancaq vitamin kompleksi deyil, onlar həm də mədə bağırsaq traktının normal funksiyası üçün faydalı liflərlə zəngindir.

Qaynadılmış ət – salatları doyumcul və dadlı edir. Həm də sağlamdır. Yumurta da öz yerinə görə, faydalı və kifayət qədər vitaminli qidadır.

Yeganə xoşa gəlməz – mağazadan alınan mayonezidir. Amma bunun da çarəsi var. Zeytun yağı və yumurta ağını mikserlə qarışdıraraq mayonez hazırlaya bilərsiniz və ya digər hazırladığınız souslardan istifadə edə bilərsiniz.

YAĞLI BALIQ

Nərə, farel, xanı balığına – tərifnamə oxumaq olar. Yağlı balıqda doymamış yağ turtuşu, Omega 3, D və E vitamini ilə boldur. Sağlamlıq üçün balıq hər zaman özünə məxsus yeri ilə qidaların başında sayılır.

MEYVƏLƏR

Birincisi yeni il süfrəsində meyvə səbəti çox gözəldir. İkincisi bu bol vitamin, orqanizm üçün faydalı minerallar, liflərdir. Bir amma var – belə ki, yemekle meyvə arasında azı 1 saat fasilə verin. Bu vaxt ərzində mədə ağır yeməkləri həzm edəcək.

HİNDUŞKA VƏ PLOV

O ki qaldı süfrədəki yeməklərə, əlbəttə ki bayram süfrəsini yeməklərin şahı plovsuz təsəvvür etmək olmaz. Dünyada hinduşka çox sevilir. Bizim ölkəmizdə də artıq ənənə halına çevrilməyə başlamışdır. Daha sonra isə balıq, dolma, toyuq, kabab və s. zövqə uyğun dəyişir. Müxtəlif salatlar, ən əsası “paytaxt” salatı, şuba, mimoza, bibər, qarğıdalı və s. hər kəsin zövqünə uyğun şəkildə hazırlanıb süfrələri bəzəmək üçün təqdim edilir.

Bayram süfrəsini ən gözəl göstərən qidalar içərisində ilk başda tortu misal gətirmək olar. Və bundan əlavə süfrənizin bər –cbəzəkli görünməsini istəyirsinizsə bir çox konfetlərə və şirniyyatlara üstünlük verin.

Gələn yazılarımızda isə isə Yeni il süfrəsinin nə qədər tutacağı barəsində və haradan alış-veris edə bilərsiniz deyə yazacağıq.

Bayram-gözəllikdir. Bayramı dolu-dolu yaşayın. Qeyd edin. Bayram günlərində çəkinizdə artım belə olsa çalışın ki, bu sizin əhval-ruhiyyənizə təsir etməsin.

Qarşıdan gələn bayramınız mübarək!

Pərvin Hacıyeva

reklam

reklam

0 Comment on this Article

Add a comment

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US