Contact phone number:(+99450) 247 34 27

Contact email:

MilliNet2018-də yekun səsvermə başa çatıb

12/18/2018

Milli İnternet Mükafatı — MilliNet2018 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa  çatıb. İnternet resursların yekun qiymətləndirmə proses prosesi 10 gün davam edib.
Bu il MilliNet2018-ə 17 Nominasiya üzrə 406 resurs müraciət edib və 300 internet resurs müsabiqəyə qəbul edilib. 

Yekun qiymətləndirmə prosesində 1-ci səsvermənin nəticələri əsasında Nominant statusu qazanan 105 resurs iştirak edib.

Yekun qiymətləndirmədə 23 münsifdən  21-i iştirak edib. 2 münsif yekun səsvermə prosesində iştirak etməyib. Saytları  14 münsif, mobil tətbiqləri 4 münsif və sosial media resurslarını 3 münsif qiymətləndirib.  

MilliNet2018 müsabiqəsinin yekunu və qaliblərinin adları  Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasimində açıqlanacaq.

Yekun təqdimat mərasimi  21 dekabr tarixdə Parkİnn Hotelində keçiriləcək.  MilliNet Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 17 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı,  hədiyyələr və diplomlar təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə də hədiyyələr və diplomlar təqdim olunacaq.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVOBestCompİnnovasiya MərkəziNEURON və NOVA  şirkətləri də dəstək verirlər.

reklam

reklam

0 Comment on this Article

Add a comment

ПОИСК МЕСТА

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

    FOLLOW US