Contact phone number:(+99450) 247 34 27

Contact email:

“Paris Gallery”dən “Buz kimi endirimlər” kampaniyası

12/20/2017

 

Paris Gallery” mağazasının rəhbəri Rasim Hacıyev:300 manat və daha çox alış-veriş edənlər “Lamborgini” uda bilərlər”

Dekabrın 15-dən Bakıdakı “Paris Gallery” mağazasında Yeni il endirimlər kapmaniyasına start verilib. Yəni dekabrın 15-dən yanvarın 15-dək mağazada bütün məhsulllara 25%-dən 75%-dək endirimlər olacaq. Endirim faizi məhsulun növündən asılı olaraq dəyişəcək. Bundan əlavə, “Buz kimi endirimlər” adlı bu endirim kampaniyası çərçivəsində  hər bir alıcı 300 manat və daha çox alış-veriş edəndə kupon alır və yanvarın 18-də bu kuponların uduşu keçiriləcək. Uduş tam obyektiv şəkildə barabanda kuponların qarışdırılması ilə keçiriləcək və kupon qazanmış hər bir müştərimiz bu uduşun keçirilməsi mərasiminə dəvət ediləcək.  Uduşda 5 ədəd “Lamborgini” mobil telefonu oynanılacaq.  Kupon qazanan hər bir müştərimizin bu telefonlardan birini udmaq şansı olacaq. Uduş mağazada keçiriləcək. Kuponu olub özü uduş mərasiminə gələ bilməyən müştəri əgər telefon qazanarsa, bu barədə ona bildiriləcək və qazandığı telefon ona çatdırılacaq.

Bu barədə məlumat verən Bakıdakı “Paris Gallery” mağazasının rəhbəri Rasim Hacıyev onu da bildirib ki, gələn ilin yanvarından mağazalar şəbəkəsində 7 yeni kosmetika brendi də təmsil olunacaq və bu barədə artıq razılıq əldə olunub: “Bu brendlər çox da baha deyil və daha kiçik büdcə brendləri sayılır, bu baxımdan gəlirləri çox olmayan müştərilərimiz üçün də tam əlçatandır”. Bundan başqa “Paris Gallery” yeni ildən Bakıda fəaliyyət göstərən iki ticarət mərkəzində də təmsil olunacaq: “Bu ticarət mərkəzlərinin adlarını indidən açıqlamaq istəməzdik, amma 2018-ci ildən onlarda mağazalarımızın açılması ilə bağlı planımız var”.

Rasim Hacıyev onu da bildirdi ki, yanvar ayından başlayaraq, mediada aktiv və intensiv  reklam və təbliğata başlayacaqlar.   

Qeyd edək ki, “Paris Gallery” mağazası şəhərin mərkəzində və çox rahat bir yerdə yerləşir. Belə ki, keçmiş Araz kinoteatrının yerində, Nizami küçəsi ilə yanaşı olan İslam Səfərli 3 ünvanında yerləşən mağaza 3 mərtəbədən ibarətdir. Mağazada “Giorgio Armani”, “Tom Ford”, “Burberry”, “Guerlain”, “Creed” kimi brendlərin ətirlərinin geniş seçimi təqdim olunub. Bakıda ilk dəfə təqdim olunmuş “Amorino”, “Cupid”, “Music de Parfum”,” Blend oud”, “Nasamat”, “Mood”, “Perfume Treasure” kimi eksklüziv və digər brendləri tapmaq mümkündür. Qeyri-adi və möhtəşəm ətirlər parfümeriya pərəstişkarları üçün böyük fürsət vəd edir. Həmçinin “Clinique”, “Estee Lauder”, “Lancome”, “Sisley”, “Yves Saint Laurent” və “Elemis” kimi aparıcı brendlərin klassik elit kosmetikasının təqdimatı da ayrıca cəlbedicidir. “Paris Gallery” mağazası ən yaxşı dünya brendlərindən ən son mövsümi kolleksiyaların dəbli aksessuarlarını və zərif saatlarını təqdim edir.

reklam

reklam

1 Comment on this Article

Add a comment

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US