Contact phone number:(+99450) 247 34 27

Contact email:

Novruz bayramı hazırlığı

03/11/2018

Yurdumuza bahar gəlir. Havalar isinir, hər tərəf yaşıllaşır, təbiət oyanır, quşların cəh-cəhi insanın zövqünü oxşayır. Hər birimiz daxilimizdə olan bütün neqativliklərdən, həyatımızda olan bütün xoşagəlməz hadisələrdən, problemlərdən uzaqlaşacağımızı və xoş, pozitiv günlər yaşayacağımızı ümid edirik.

Bayramlar xoş ovqat gətirir. Bəzən isə, elə bayramlar var ki, onların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz – insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.

Bəlkə də buna görə, hər kəs bayramı layiqincə qeyd etməyə çalışır, büdcəsindən asılı olmayaraq. Və buna görə də bazarlara, supermarketlərə üz tutur insanlar və məhz buna görə də bir qiymət araşdırması etdik ki, hər kəs öz büdcəsinə uyğun bayram süfrəsini qura bilsin.

Bayram bazarlığını haradan edə bilərsiniz və qiymətlər necədir?

Öncəliklə vurğulayaq ki, aparılan araşdırmalara görə, istər supermarketlərdə, istərsə də bazarda qiymətlərdə artım müşahidə olunur. Bayram süfrəsini bəzəmək üçün adət-ənənəmiz olan papaqatmada –papağa nələrsə pay qoymaq üçün bazarlıq etmək lazım gəlir. Artıq Baharın gəlişinə sayılı günlər qalır. Nəyi haradan ala bilərsiniz? Və ən əsası isə ən azından edəcəyiniz bazarlığı virtual olaraq belə görmək istəyinizi nəzərə alaraq instagram səhifəmiz son günlər sırf buna uyğun paylaşımlar ediləcək.

Bunların hamısına aşağıdakı linki klikləyərək instagram səhifəmizdən baxa bilərsiniz.

https://www.instagram.com/neharada.az/

Bir növbəti bloqumuz Novruz Süfrəsi barəsində olacaq. Süfrədə nələr olmalıdır? Süfrə necə bəzənə bilər və s.?

Bayram- xoşbəxtlikdir! Bayram – gözəllikdir. Bayramı dolu-dolu yaşayın. Bayram- üzlərdə yaranan təbəssüm və gülüşdür. Bahar bayramı isə, təbiətin oyandığı, əhval-ruhiyyənin artdığı, qəlblərdə mərhəmətin və sevginin çoxaldığı, küskünlüyün aradan qalxdığı bir bayramdır.

Qarşıdan gələn bayramınız mübarək!

Pərvin Hacıyeva

reklam

reklam

0 Comment on this Article

Comment closed!

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US