Əlaqə telefonu:(+99450) 247 34 27

Əlaqə emaili:

NeHarada mobil tətbiqi

07/01/2017

NəHarada Azərbaycanda müxtəlif məkanlar barədə məlumatları özündə toplayan bir platformadır. Belə ki, Neharada.az saytı və mobil tətbiqi ilə Azərbaycanın şəhər və rayonlarında yerləşən məkanların yerini dəqiq tapmaq, onların göstərdiyi xidmətlər barədə dolğun informasiya əldə etmək mümkündür. Artıq mobil tətbiqi də istifadəyə təqdim edilən Neharada.az bazara özü ilə bir neçə yenilik gətirib.

Neharada mobil tətbiqi əlavə xidmətlərinə görə saytdan fərqlənir. Platformaya hər kəs özü məkan və ya xidmətini rahat əlavə edə bilir. Bunun üçün “Əlavə et”  funksiyasından faydalanmaq olar. “Yaxınımda”  bölməsi üzərindən  ilə  isə Sizə yaxın məkanları tapa və oraya gedə bilərsiniz. Həm sayt həm də mobil tətbiqdə məkanlarda keçirilən tədbirləri də əlavə etmək mümkündür.

Paylaşım et, güzəşt qazan!

Platformada olan xidmət sahələrindən istifadə edib, bunu hər hansı bir  digər yaxınınız ilə paylaşsanız, bu paylaşıma görə Sizə QR kod verilir. Məsələn, hər hansı bir kafedəsiniz və platforma vasitəsilə həmin məkanı sosial şəbəkədə öz səhifənizdə və ya bir  dostunuz ilə bölüşürsünüz. Bu paylaşıma görə kafedə müəyyən olunmuş güzəşti əldə edirsiniz. İş prinsipi belədir. Siz paylaşım edəndə sistem sizə bir QR kod təqdim edir və bu 20 dəqiqə içərisində aktiv olur.  QR kodu hesab ödənişi zamanı təqdim edirsiniz və kassada skan olunub sizə güzəşti əldə edirsiniz.  Bir QR kod ilə bir güzəşt əldə etmək mümkündür. Bir xidmət üzrə bir gün ərzində bir adam ən çox 3 dəfə güzəşt əldə edə bilir.

İstifadə olunmuş və ya vaxtı keçmiş QR kodla kassaya yaxınlaşıb,  güzəşt istəsəniz, bu, mümkün olmayacaq. Çünki yalnız bir paylaşıma görə bir güzəşt edilir. Yəni yeni paylaşım yeni güzəşt deməkdir.

Hal-hazırda platformada məkanlar sırasında alış-veriş, əyləncə, turizm, idman, tibb mərkəzlərini, kafe, restoranları, şadlıq saraylarını, otelləri, mağazaları, təhsil ocaqlarını, dövlət orqanlarını, bankları, muzey və kinoteatrları və s. kimi yerlər əlavə edilib.  Bu imkandan isə  dünyanın istənilən  yerindən faydalanmaq olar.

Platforma ilk olaraq Android telefonlar üçün  nəzərdə tutulub.  Tətbiqi buradan yükləyə bilərsiniz.

https://play.google.com/store/apps/details?id=az.neharada.places

 

Bu məqalə şərh edilməmişdir.

Şərh edin

AXTARIŞ

NƏHARADA MOBİL TƏTBİQİ

  • Aqua Qafqaz Plast
    10% ENDİRİM

    Aqua Qafqaz Plast

    Davud Aslan 2, Bakı, Azərbaycan
  • Azerizone
    25% ENDİRİM

    Azerizone

    Nobel prospekti 15, Bakı, Azərbaycan

SON ƏLAVƏ OLUNAN

  • Coffee Corner

    Coffee Corner

    Tbilisi prospekti 20, Grand Hotel Europe, Bakı, Azərbaycan
  • Caviar restoranı

    Caviar restoranı

    Tbilisi prospekti 20, Bakı, Azərbaycan
  • Alo Suşi

    Alo Suşi

    Məmməd Əmin Rəsulzadə küçəsi, Bakı, Azərbaycan

YAXINIMDAKILAR

    Please share your location to view this widget content

SON QİYMƏTLƏNDİRMƏ

  •  1 Stradivarius

    Stradivarius

    16/21 Azadlıq prospekti, 28 Mall, Bakı, Azərbaycan
    Fidan quote gorgeous)
    on 10/30/2017
  •  1 Chayrud Cafe

    Chayrud Cafe

    Heydər Əliyev pr.167, Xırdalan
    Fidan quote Çox gözəl məkandır.Bir neçə dəfə olmuşam burada. Yaz və Payız fəslində daha da seçilir təbiət qoynunda. Kafenin lahmacunlarına isə söz ola bilməz! Hər kəsə məsləhət görürəm!
    on 10/30/2017
  •  1 BAXI Azərbaycan (Dərnəgül filialı)

    BAXI Azərbaycan (Dərnəgül filialı)

    Əhməd Rəcəbli 230, Bakı, Azərbaycan
    celebixan quote Baxi filiali olaraq sizden razi qaldim. Xidmetiniz yuksek seviyyede ve Baxi kombi brendiniz dediyiniz kimi COX keyfiyyetlidir.
    on 10/29/2017

BİZİ İZLƏYİN

Translate »