Contact phone number:(+99450) 247 34 27

Contact email:

MilliNet 2018 başladı

10/07/2018

MilliNet Təşkilat Komitəsi bildirir ki, Milli İnternet Mükafatına 05 oktyabr 2018-cı il tarixdə start verildi.

İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz saytlarını, mobil tətbiqlərini və sosial media resurslarını təqdim edə bilərlər.
Ötən illərdə Milli Net-də qeydiyyatdan keçənlər həmin hesablarla sistemə daxil ola bilərlər.

Bu il MilliNet2018  yarışması  saytlar, mobil tətbiqlər və sosial media resurslarından ibarət olmaqla  19 Nominasiya üzrə keçiriləcək :

Saytlar və internet layihələr :

  1.   Korporativ saytlar
    2.    İctimai-sosial saytlar
    3.    Media və İnformasiya
    4.    Mədəniyyət, incəsənət və turizm saytları
    5.    Ailə, uşaq və sağlamlıq
    6.    Bloqlar
    7.    Elm və təhsil
    8.    Elektron hökumət
    9.    Xidmət (Servis)
    10.  Elektron Ticarət

Mobil tətbiqlər :

  1. Elektron hökumət mobil tətbiqi
    12. Təhsil mobil tətbiqi
    13. Oyun və əyləncə mobil tətbiqi
    14. Maliyyə-bank və e-ticarət tətbiqi
    15. Media və informasiya mobil tətbiqi
    16. Köməkçi mobil tətbiqlər (utilitlər)

Sosial media :

  1. Ən yaxşı Facebook səhifəsi
    18. Ən yaxşı Youtube kanalı
    19. Ən yaxşı İnstagram hesabı

 

Ötən ildə olduğu kimi saytların qiymətləndirilməsini internet istifadəçiləri deyil, üç  istiqamət üzrə ( kontent, dizayn və texnoloji ) peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.

Mobil tətbiqlər və sosial media resurslarını isə ekspertlər və sahə üzrə mütəxəssislər qiymətləndirəcək.

Hazırda Münsiflər Heyətinin və ekspertlərin formalaşdırılması  prosesi davam edir.
Müsabiqəyə texniki və informasiya dəstəyi üçün MilliNet TK tərəindən Media Support və Moderatorlar qrupu yaradılıb.
Qaydalara uyğun olaraq Münsiflərə hər hansı aidiyyatı olan saytların Müsabiqədə iştirakına yol verilmir.
Münsiflər Heyətinin yekun səsvermə zamanı verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.

Qiymətləndrimə prosesi iki mərhələdə həyata keçirilir. Yekun səsvermədə Münsiflər hər bir sayt üzrə verdikləri qiymətləri əsaslandırırlar. Müsabiqədə 19 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 20 noyabr tarixdə başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 14 -dək davam edəcək.
Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin  cari ilin dekabrın ayında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru  Azertelecom  şirkətidir. Müsabiqəyə  LENOVO ,  BestComp ,  NOVA və  NEURON  şirkətləri dəstək verirlər.

Geniş məlumat : www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

reklam

reklam

0 Comment on this Article

Comment closed!

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US