Contact phone number:(+99450) 247 34 27

Contact email:

İctimai birlikdən Qubada mart soyqırımı müzakirəsi

08/28/2018

“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Arxiv məlumatları əsasında 1918-ci il azərbaycanlıların mart soyqırımı barədə ictimai müzakirələrin təşkili” layihəsini icra edir. 

 

Neharada.az-a verilən məlumata görə, layihə çərçivəsində Quba rayon Mədəniyyət Mərkəzində  tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyinin, mədəniyyət və təhsil sahələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Quba rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva qısa şəkildə qeyri-hökumət təşkilatlarının və mətbuatın Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolundan, ölkə rəhbərliyinin hər iki sektora özəl qayğısından, Quba rayonunda keçirilən Azərbaycan Demokratik Respublikasının və 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi tədbirlərinin, həmçinin“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin təqdim etdiyi layihə mövzunun əhəmiyyətindən və  gənclərin ictimai şüuruna müsbət təsirlərindən bəhs edib.

Layihənin rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev tədbir iştirakçılarını salamlayıb. Yarandığı gündən bu yana hər zaman iştirakçısı olduğları tədbirlərdə tariximiz və həqiqətlərinin təbliğ edilməsinə çalışdıqlarını qeyd edən ictimai birliyin sədri Cənab Prezidentimizin qədim torpaqlarımız olan Qərbi Azərbaycan və İrəvan haqqında etdiyi tarixi çıxışdan sonra bu sahədə olan problemlərin aradan qaldırılmasının vacibliyindən danışıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor  Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabından faktlar gətirən ictimai birliyin sədri həmçinin Azərbaycan Milli Arxiv İdarəsi və Azərbaycan Milli Akademiyasının Tarix İnstitutunun əməkdaşları tərəfindən 31 Mart Soyqırımını sübut edən yeni faktların çap edildiyini, İngiltərə, ABŞ, İran, Türkiyə və s.ölkələrin arxivlərində üzə çıxarılmamış daha çox tarixi sənədin olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə çıxışında geyd edib ki, 2018-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının və erməni-bolşevik orduları tərəfindən azərbaycanlılara qarşı törətdikləri soyqırımının yüzüncü ildönümləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkə daxilində və xaricdə dövlət səviyyəsində qeyd edilməkdədir. Aradan keçən bu 100 ilin yalniz son 25 ilində, Azərbaycan müstəqilliyinə qovuşduqdan, xüsusilə də ümümmilli liderimiz Heydər Əliyevin xilaskar olaraq xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə gəlməsindən sonra tariximizdə mühim yeri olan bu faktların ictimai-siyasi qiymətləri verilmiş, uzun illər yalan sovet təbliğatı ilə üstü örtülü qalmış bu tarixi hadisələr barədə həqiqətlər dərindən araşdırılmağa başlanmışdır.Ümummilli liderimizin layiqli davamçısı,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Xanım Əliyevanın daim diqqətində olan Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi,onun qurucularının xatirələrinin əbədiləşdirilməsi  və həmin dövrü əhatə edən ictimai-siyasi proseslərin araştırılıb,həqiqətlərin üzə çıxarılması sahəsində ölkənin bir çox qurumu tərəfindən müxtəlif araşdırma və layihələr həyata keçirilməkdədir”.

Dəyirmi masa ətrafında toplanmış rayon ziyalıları da  öz çıxışlarında xalqımızın ölkə rəhbərliyi ətrafında sıx birləşdiyini qeyd edərək, Azərbaycan gənclərinə və dünya ictimaiyyətinə,ölkəmizə səfər edən xarici qonaqlara 31 Mart Soyqırımı həqiqətləri anlatmağın hər bir vətəndaşın borcu olduğunu, bu mövzularda tədbirlərin rayonlarımızda davamlı təşkil edilməsinin əhəmiyyətini vurğulayıblar.Mövzu barədə ictimai müzakirələr çay süfrəsi ətrafında davam etdilrilmiş,geniş diskussiyalar aparılıb.

reklam

reklam

0 Comment on this Article

Add a comment

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US