Contact phone number:(+99450) 247 34 27

Contact email:

Biznes tərəfdaşlığı tədbiri keçirildi

02/03/2020

Fevralın 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” ASC və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə biznes tərəfdaşlığına həsr olunmuş “Partners and Business” mövzusunda tədbir keçirilib.

Neharada.az xəbər verir ki, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və bu istiqamətdə müzakirələrin aparılması məqsədilə təşkil olunmuş tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 600-dək sahibkarlıq subyekti iştirak edib.

Tədbirdə çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nümayəndəsi Nərmin Mirzəyeva, “Kapital Bank” ASC-nin nümayəndəsi Fərid Hidayətzadə, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, biznes tərəfdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, biznes tərəfdaşlığı sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq fevralın 20-22-də Bakı İdman Sarayında sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsullarından və xidmətlərindən ibarət sərgi keçiriləcək. Sərgidə 150-dək yerli şirkətin iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində uğurlu fəaliyyətinə görə bir sıra sahibkarlıq subyektləri mükafatlandırılıb, eləcə də kiçik və orta sahibkarlığa dəstək, biznesin inkişafı, korporativ sosial məsuliyyət, sahibkarlığın inkişafında bankların rolu, şərikli biznes mövzularında panel müzakirələr keçirilib.

reklam

reklam

0 Comment on this Article

Add a comment

SEARCH PLACE

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

    FOLLOW US