Əlaqə telefonu:(+99450) 247 34 27

Əlaqə emaili:

“Birinci Bakı PR Forumu” keçiriləcək

11/30/2017

Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) 28 noyabrda Bakıda keçirdiyi toplantıda bu barədə qərar qəbul edilib.

“Veysəloğlu Qrup”, “AtaHolding”, “Alibayov Kommunikasiya və Konsaltinq”, Azərbaycan Sahibkarlar Konfederasiyası, “Bakcell”, “Bakı Liman”, “Premark”, “UniBank”, “İcbari Sığorta Bürosu”, “İnci Group”, “HED Academy” və bir sıra digər qurumların nümayəndələrinin iştirak etdiyi bu toplantıda APRA-nın 2018-ci ildə keçirəcək “Birinci Bakı PR Forumu”na hazırlıq işləri müzakirə edilib.

APRA-nın İdarə Heyətinin sədri, “Veysəloğlu Qrup”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə “Birinci Bakı PR Forumu”nu Azərbaycanda ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində çalışan mütəxəssisləri bir araya toplaya biləcək bir platforma kimi düşünüldüyünü bildirib. İ. Məmmədzadə “Birinci Bakı PR Forumu”na ilkin hazırlıq işlərinin artıq başladığını və Forumun keçirilməsində maraqlı olan qurumlarla tərəfdaşlıq və əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Hər il keçirilməsi nəzərdə tutulan bu Forum PR mütəxəssislərə bilik və bacarıqlarını inkişaf etdirmək, yerli və xarici təcrübəni müqayisə etmək və xarici PR mütəxəsisslər ilə sıx əlaqələr yaratmağa yardım edəcək.

Qeyd edək ki, Azərbaycanda bir sıra aparıcı qurum və şirkətlərin PR mütəxəssislərini, PR xidmətləri təklif edən şirkət nümayəndələrini özündə birləşdirən APRA 2016-cı ilin may ayında təsis olunub.

Bu məqalə şərh edilməmişdir.

Şərh etmək bağlıdır!

AXTARIŞ

NƏHARADA MOBİL TƏTBİQİ

SON ƏLAVƏ OLUNAN

  • Roadstone Təkər Mərkəzi

    Roadstone Təkər Mərkəzi

    Tbilisi prospekti 48E, Bakı, Azərbaycan, AZ1078
  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Bakı Biznes Mərkəzi (BBM)

    Bakı Biznes Mərkəzi (BBM)

    Neftçilər 32, Bakı, Azərbaycan

YAXINIMDAKILAR

    Please share your location to view this widget content

SON QİYMƏTLƏNDİRMƏ

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Chayrud Cafe

    Chayrud Cafe

    Heydər Əliyev pr.167, Xırdalan
    Fidan quote Çox gözəl məkandır.Bir neçə dəfə olmuşam burada. Yaz və Payız fəslində daha da seçilir təbiət qoynunda. Kafenin lahmacunlarına isə söz ola bilməz! Hər kəsə məsləhət görürəm!
    on 10/30/2017

BİZİ İZLƏYİN

Tərcümə »