Contact phone number:(+99450) 247 34 27

Contact email:

Azərbaycanda ilk “Marketinq Sammit” keçiriləcək

12/06/2017

İxrac potensialından düzgün istifadə etmək, dövlətin yaratmış olduğu şəraitdən səmərəli yararlanmaq və xarici bazarlarda sağlam mövqe tutmaq bu gün hər bir sahibkar üçün çox vacibdir. Bəs bu zaman nələrə diqqət etmək, hansı standartları tətbiq etmək lazımdır? Bundan başqa ixrac siyasətinin düzgün strateji planlamasının aparılması, marka siyasətinin daha doğru və sağlam qurulması kimi aktual mövzular da meydana gəlməkdədir.

Bütün bunları nəzərə alaraq 23 Dekabr 2017-ci il tarixində AzMarketinq MMC-nin təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin inkişafına həsr olunacaq birinci “Marketinq Sammiti” təşkil olunacaqdır.

Sammitin Məqsədi qlobal marketinq ilə lokal marketinqi sintez edib Qlokal Effekt yaratmaq, dövlətin strateji yol xəritəsinin əsas cizgilərinə uyğun olaraq «Made in Azerbaijan» brendinin formalaşdırılması imkanlarının müzakirəsinin aparılmasıdır. Sammitdə Azərbaycan və Türkiyədən qatılacaq spikerlərin real, praktik mövzular əsasında fikirləri səslənəcəkdir. 200 nəfərdən çox qonağın, 2 ölkədən 6 spikerin qatılacağı birinci “Marketinq Sammiti” Azərbaycanda marketinq sektorunda dövlətin ixrac siyasətinə, strateji yol xəritəsinə istiqamətlənmiş ilk layihə kimi tarixə düşəcək və strateji yol xəritəsinə uyğun olaraq qarşıdakı illərdə də təşkil olunmaqda davam edəcəkdir. Sammit haqqında geniş məlumatı www.marketingsummit.az internet saytından və sammit üçün yaradılmış @marketinqsammiti facebook səhifəsindən əldə etmək mümkündür.

Ölkəmizdə belə bir qlobal layihənin keçirilməsində Azərbaycandan Azpromo, Yelload, Vitam, Comunikal, Wplus vip service, BrandMAPAz, AzDigital, Türkiyə tərəfdən isə BrandMAPTr, BrandSuite, Orient Dünya Poligrafi və Neharada.az kimi qurumlar da təşkilat komitəsi ilə yol yoldaşı olmuşdur. Onların da belə bir tədbirdə yer alması “Made in Azerbaijan” siyasətinə olan dəstəyi və ölkəmizdə sağlam marketinq və menecment strukturunun qurulması üçün atmış olduğu addımlardandır.

Təşkilat komitəsi olaraq ümid edir və inanırıq ki, qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına hər zaman birlikdə tövhə verəcəyik.

reklam

reklam

0 Comment on this Article

Add a comment

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US