Contact phone number:(+99450) 247 34 27

Contact email:

Yeni ildə hədiyyə seçə bilməyənlər, buyurun!

12/17/2017

Yeni il üçün hədiyyə axtarışında olanlar! Nə alım deyə fikirləşənlər! Buyurun, bu yazı sizlər üçündür!

YENİ İLDƏ NƏ HƏDİYYƏ EDƏ BİLƏRSİNİZ?

Yeni il gəlir! Yeni ümidlər, yeni arzular, xoş möcüzələr,yeni uğurlar, yeni hədəflər, yeni məqsədlər və ən əsası xoşbəxtlik arzusu. İstər özü üçün, istərsə də ətafındakıları xoşbəxt etməyə, sevindirməyə çalışır hər kəs. Dünyanın hər bir nöqtəsində hər kəs yeni ilə hazırlaşır,  lakin hər ölkə fərqli adət-ənənələrlə. Hər kəs öz dost və tanışlarına hədiyyələr verib onları sevindirməyə çalışır. Bir sözlə, arzular-istəklər eyni, lakin zövqlər fərqli.  Hədiyyə almaq məsələsi çox müşkülləşib. Hər kəs “nə alım? “ deyə düşünür. Və ya hədiyyə almağı mənasız hesab edənlər də olur, ətrafındakılara hədiyyə verib onları sevindirmək istəyənlər də olur, və bəzən hədiyyəni daha münasib qiymətə almaq istəyənlər də. O ki, qaldı hədiyyəni qəbul edənə, ən kiçik hədiyyələrdən xoşbəxt olanlar da olur, yəni sadəcə diqqət və ya ağlına gələ biməyəcəyi bir şey və ya çox xoşladığı bir şey. Və ya sizin gözəl hesab edib bəyəndiyiniz hədiyyəni bəyənməyənlər də olur. Yəni qarşıdakı insanın zövqünə bağlıdır. Və ya həmin hədiyyənin çox alışılmış bir şey olması.

Məhz ona görə də, hər kəs üçün hədiyyə seçimini sizə təqdim edirik.

İlk öncə başlayaq körpələrimizdən. Hamıya məlumdur ki, körpələr yeni ili çox sevir və şaxtababaya inanır. Ona görə də onlara torbada və ya  bər-bəzəkli qutularda rəgbərəng, çoxçeşidli şokoladlar və şirniyyatlar hədiyyə edə bilərsiniz. İnanın ki, bunu çox bəyənirlər. Şirniyyat torbasından əlavə isə, oyuncaqlar, şəkillərlə olan kitablar, rəsm üçün ləvazimatlar: karandaşlar, rənglər, plastilin və s. də hədiyyə edə biərsiniz.

UŞAQLAR: Daha sonra uşaqlar. Uşaqlara yaşlarına uyğun hədiyyələr seçin. Onların istədiyi hədiyyənin olması mütləqdir. Oyunlar, və ya getdikləri dərs və məşğələlər üçün hər hansı bir əşyalar  ala bilərsiniz.

YAXINLAR: Ən yaxın insanlara maşından başlamış pinjamaya qədər nə istəsəniz verə bilərsiniz.

İŞ HƏDİYYƏLƏRİ: Rəsmi iş hədiyyələri müəyyən çərçivələrdə olmalıdır. Yəni ucuz olmalıdır və  hətta bu kiçik suvenirlər olsa daha münasib olar. Və ya iş masasına uyğun hər hansı bir əşya, biznes əşyaları və s. ola bilər. Məs: bloknotlar, brelyoklar, qələmlər, qulaqlıqlar, flashkalar, təqvim, və kolleqanızın pozisiyasına uyğun hədiyyələr seçə bilərsiniz.

VALİDEYNLƏRƏ ÖZƏL: Bizi həyata gətirən insanlar- valideynlərimizə nə hədiyyə edə bilərik?  Bilirik ki, valideynlərin ən böyük hədiyyələri övladlarının uğurlu və xoşbəxt olmasıdır. Lakin yenə də lap kiçik belə olsa diqqət onların üzündə təbəssümün yaranmasına gətirib çıxarar. Çünki, övladı onu düşünər. Analar üçün mətbəx avadanlıqıarı,  ev üçün aksesuarlar, istifadə edə biələci qablar, sevdiyi ətir və bijuteriya, çanta, şarf, ev geyimi və s. , atalar üçün isə şarf, pul kisəsi, qalstuk, termofincan və s.

RƏFİQƏLƏR: Rəfiqələriniz üçün bijuteriyalar, şarf, aksesuarlar, hər hansı geyim növü, fincanlar,  rəfiqənizin şəklini çərçivəyə saldıra bilərsiniz, 3D chrystal photo düzəltdirə bilərsiniz, maraqlı yeni il aksesuarı və ya oyuncağı, yeni il corabları, kitab, şokolad, parfumeriya, kremlər, liner, dodaq boyası və s. hədiyyə edə bilərsiniz.

DOSTLAR: Dostlarınız üçün isə MP3 player, qulaqlıq, alışqan, kitab, saat, hər hansı bir aksesuarı hədiyyə verə bilərsiniz.

QONAQLIQ: Qonaq gedirsinizsə, qutu şokolad, yolka, tort və s. ola bilər.

Unutmayın! Hədiyyənin ən çox bəyənilən hissəsindən biri də onun qablaşdırılması və ya bəzədilməsidir. Çalışın hədiyyəni bəzəyərkən və ya bəzətdirərkən yeni il ornamentlərinə üstünlük verəsiniz. Qarşıdakı insanın zövqunə uyğun bəzəyəsiniz.

Sonda isə qeyd etmək istəyərdim ki, çox kiçik olsa belə, çox sadə olsa belə çalışın yaxınlarınızı təbrik edib, onlara hədiyyələr alasınız. Ən əsası valideynləri diqqətdən kənarda saxlamayaq!

Hədiyyə almaq vaxt aparır. Və bəzilərimizin buna ayıracaq vaxtı olmur. Ona görə də, növbəti bloqda bu hədiyyələri hardan ala biləcəyiniz, hardan əldə edə biləcəyiniz barəsində yazılacaq.

Qarşıdan gələn bayramınız mübarək!

Hacıyeva Pərvin

 

reklam

reklam

0 Comment on this Article

Add a comment

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US