İzləyicilərinə partnyorları vasitəsi ilə hər dəfə çeşidli və bahalı hədiyyələri təqdim etməklə diqqəti özünə cəlb edən Neharada.az bu dəfə Novruz xonçasını məhz özü təqdim etdi. Məqsədimiz milli bayramımız olan Novruzda bir ailəyə xonça hədiyyəsi etmək idi.
Ötən həftənin ortalarında Facebook səhifəmizdə elan etdiyimiz müsabiqənin nəhayət elan olunduğu kimi qalibi müəyyən oldu. Bu şanslı izləyicimiz Ferid Eliyev idi.
Müsabiqə hər zamankı kimi çox sadə idi. Postu bəyənərək paylaşmaq, dostlarını #neharada #novruz haştaqları istifadə edərək işarətləmək hər bir 18 yaşını doldurmuş Azərbaycan vətandaşını iştirakçıya çevirirdi.
Martın 20-də qaydalar üzrə seçim edildi və qalib müəyyən oldu. Nəhayət ki, Novruz Bayramı günü qalibə xonça təqdim edildi.
İştirak etmiş hər kəsi və izləyicilərimizi Novruz Bayramı münasibəti ilə bir daha təbrik edir, yeniliklərdən xəbərdar olmaq üçün bizi daha yaxından izləməyə dəvət edirik.
0 Comment on this Article
Comment closed!