Contact phone number:(+99450) 247 34 27

Contact email:

Sabah Startap Günləri başlayır

02/22/2018

Sabah, 23 fevral tarixdə saat 13-də Qərbi Kaspi Universitetində Startap Günlərinə start veriləcək.

Startup.az -ın məlumatı üzrə Qərbi Kaspi Universitetində (Nərimanov Kampusu, Əhməd Rəcəbli 3) Startap Günlərinə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirilib.

Startap Günlərinin Proqramının da son versiyası açıqlanıb. Həmçinin NeHarada.az -a bildiriblər ki,  Startap Günlərində Qərbi Kaspi Universitetinin tələbələri ilə yanaşı, bir sıra məktəblərin yuxarı sinif şagirdləri də iştirak edəcək.

Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və startap layihələrinin ilkin variantlarının hazırlanması olacaq.

Tədbirdə ştirakçılar və İnternet biznesə yeni başlayanlar üçün beynəlxalq ekspert tərəfindən, həmçinin də yerli eskpert və mentorlar tərəfindən təlimlər də təşkil ediləcək.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Startap Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların, NRYTN və Qərbi Kaspi Universitetinin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, Startap Azərbaycan, Qərbi Kaspi Universiteti (Western Caspian University), YTP və İT-nin İnkişafı Dövlət Fondunun təşkilatçılığı ilə baş tutan Startap Günləri “İdeyadan Biznesə” layihəsi çərçivəsində  keçirilir

Startap Günlərinin keçirilməsində məqsəd ölkədə internet biznesin inkişafına təkan vermək, milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günlərinin Proqramı: http://startup.az/azerbaijan/program 

Startap Günlərinə hazırlıqlar: http://startup.az/azerbaijan/news/157 ,
http://startup.az/azerbaijan/news/

Ekspertlər və mentorlar:  http://startup.az/azerbaijan/startup-days/mentors

reklam

reklam

0 Comment on this Article

Comment closed!

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US