
-
Bakı, Əfzələddin Xaqani küç 14 A
- +99412 598 05 55, +99470 667 00 23
- www.sultans.az
- Every day
Sultan's Restoran
Sultan`s restoranı 2005-ci ildə yaradılıb. Sultan`s, Bakıda 400 nəfərlik yeri ilə açıq bufe şəklində xidmət göstərən ilk Türk Mətbəxi Restoranıdır.
Restoranımızın konsepsiyasında türk mətbəxinin ən ləziz və tanınmış yeməkləri dayanır.
Müasir texnologiyadan istifadə və işçi heyətinin təcrübəsi əsasında Mətbəximizdə yüksək keyfiyyətli yeməklər hazırlanır.
Fəaliyyətimizin əsas ana xətti kimi biz yeməklərin hazırlanması zamanı ən yeni və müasir qaydalardan istifadə edirik. Beləliklə, qonaqpərvərlik sahəsində fəal iştirak edərək imkanlarımızı genişləndiririk.
Sultan`s restoranının əsas mətbəxində çalışan bütün aşpazlarımızın beynəlxalq təcrübəsi var. Biz qonaqlarımıza kabab, lahmacun, müxtəlif salatlar, isti milli yeməklər, şirniyyatlar, türk şirniyyatı və fərqli içki növləri təklif edirik.
Sultan`s restoranı müştərilərin rahatlığını təmin etmək üçün çox yaxşı imkanlara sahibdir. Müştərilərlə qurulan səmimi və doğru əlaqələr sayəsində restoranımız hər bir qonağımıza özəl münasibət göstərərək onları məmnun edir.
Sultan`s restoranının Xidmətləri:
- Biznes – lanç
- Biznes – nahar
- Özü ilə aparmaq / Evə çatdırılma
- Canlı musiqi
- Hər bazar açıq bufe
- Uşaq meydançası
- Satış üçün təzə ət məhsulları
- Korporativ müştərilər üçün hər gün 10% endirim
Sultan`s restoranı keyfiyyətə önəm verir və qonaqlarına xüsusi qayğı ilə yanaşır. Sultan`s restoranında göstərilən xidmətin keyfiyyəti “Lux” kateqoriyasında bütün tələblərə cavab verir.
Restoranda gigiyena səviyyəsi beynəlxalq standartlara (Beynəlxalq Gigiyena İnstitutu) uyğundur. Bu fakt Sultan`s restoranına öz işində daha da uğurlu olmağa imkan verir.
Biz hər zaman qonaqlarımızı Mətbəximizdə görməkdən məmnunuq və Sultan`s restoranında onlara özəl, rahat abu-hava yaratmaq üçün çalışırıq!
Sultan`s restoranının xüsusi qollarından biri də Bakıda fast-food şəbəkəsinin olmasıdır. Bu gün Sultan`s fast-food şəbəkəsinə xüsusilə gənc nəsil arasında böyük tələbat var. Sultan`s restoranının 2 fast-food şəbəkəsində olarkən siz türk mətbəxini müasir yöndən aşkarlayacaqsınız.
Fast-food şəbəkəmizin unikal xidmətləri mövcuddur:
- Özü ilə aparmaq
- Ofisinizdə nahar
- Biznes – lanç
- Evə çatdırılma
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW