
-
Sumqayıt şəh, Cəfər Cabbarlı küç, 8 C
- (+99418) 642 08 69 (+99418) 642 08 79 (+99412) 448 03 01 (+99412) 448 03 02
- http://saglamaile.az
- 8:00 am --> 6:00 pm
- Hər gün
"Sağlam Ailə"
Respublikamızda ilk molekulyar laboratoriyalardan birinin qurulub fəaliyyət göstərdiyi “Sağlam Ailə” Tibb Mərkəzi əsasən gənclərin reproduktiv sağlamlığı ilə məşğul olur. “Azərbaycan genofondunun keşiyində” şüarı altında mərkəzin məqsədi evliliyə qədəm qoyan, bu ciddi addımı atmağa qərar verən cütlüyün hər birinin sağlam olaraq ailə qurmasına yardımçı olmaqdır. Mərkəzdə infeksion, irsi qan xəstəlikləri, reproduktiv problemlərin erkən diaqnostikası aparılır. Bununla yanaşı, androloq, terapevt, seksapatoloq, dermatoveneroloq və ginekoloqun konsultasiyaları nigahqabağı gənclərə və valideyn olmağı planlayanlara pulsuz şəkildə verilir. Müxtəlif “CHECK-UP” müayinələrə isə 5%-20% (30 yaşa qədər) endirim edilir, imkanlarımız daxilində hər hansı infeksion xəstəliyin müalicəsi ödənişsiz təqdim olunur. Gənclərə eyni zamanda xüsusi “Mən ailə qururam”, “Mən ana olmaq istəyirəm”, “Mən ata olmaq istəyirəm” paketləri də təklif olunur.
3000 növdən artıq analiz çeşidinə malik olan mərkəzin laboratoriyası İSO 9001:2008 sertifikasiyasından keçmişdir, onun fəaliyyəti sertifikatlaşdırma üzrə dünya liderlərindən sayılan beynəlxalq Büro Veritas təşkilatının nəzarəti altındadır. Bu, o deməkdir ki, laborator müayinələrinizin dəqiq olacağına əmin ola bilərsiniz. Analizlərin ştrix kodlanması isə verilən biomaterial səhf düşməsinin qarşısını alır və məxfiliyin əsasını verir.
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN