Retro Dizayn Merkezi retro reklam retro design
RETRODESIGN.AZ – Şirkətimiz 2005-ci ildən fəaliyyət göstərməkdədir. Azərbaycanda reklam və tərtibat sahəsində çalışan lider şirkətlərdən olan “Retro Dizayn MMC” şirkəti bütün bu illər ərzində çoxsaylı daimi müştərilər əldə etmiş və onların etimadını qazanmışdır. Bu şirkətlərin arasında bir sıra banklar, əyləncə mərkəzləri, dövlət strukturları, qida, xidmət və s. sahələrdə çalışan böyük özəl şirkətlər, dövlət müəssisələri və digərləri var. Şirkətimizin əsas fəaliyyəti: bütün növ xarici və daxili reklam lövhələri, tərtibat, promo, maket, fasad işləri, landşaft, parkların əyləncə mərkəzlərinin salınması. Yüksək zövq və fərqli dizayn prinsipilə hazırladığımız reklam məhsulları təkcə Bakı şəhərində deyil, Azərbaycanın müxtəlif regionlarında da nümayiş etdirilir. Keyfiyyətli reklamın şirkətin fəaliyyətində və böyüməsində ən önəmli faktorlardan olması bilinən həqiqətdir.
Yüksək səviyyədə xidmət və bunun nəticəsində müştəri məmnuniyyəti əsas iş prinsipimizdir. Keyfiyyətli məhsul təqdim etməklə həm öz şirkətimizin, həm də müştərilərimizin inkişafına nail olmaq isə ən başlıca məqsədlərimizdəndir.
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN