
-
Heydər Əliyev pr.167, Xırdalan
- (+994 12/050/055) 408 64 64 / *6464 / (+99412) 310 0 410
- http://www.aaafpark.com/magazalar/#1452240652412-a2e1b367-6d11
-
B.ertəsi - Bazar:09:30 --> 22:00
Polaris
“Polaris” Türkiyənin ayaqqabı sektorunda qabaqcıl olan və hər zaman ilklərə imza atan markalardan biridir. “Polaris marketing” Türkiyədə 2001-ci ildə qurulmuş və qurulduğu gündən ayaqqabı kolleksiyasını təqdim etmişdir.
2004-cü ildə çantanı da kolleksiyasına əlavə edən və bu gün Türkiyənin lider “Ayaq Geyim Markası” olaraq yoluna davam edən markanın, qardaş ölkədəki hədəflərinə çox sürətli bir şəkildə çatmasının ardından ölkə xaricində də mağazalar açmaq işləri başlandı.
“Polaris” Türkiyə, Rusiya, Yunanıstan, Küveyt, Almaniya, Tunis və Hollandiya, Azərbaycan kimi ölkələrdə sektorun ən böyük pərakəndə markası halına gəlib çatıb. Hər mövsüm özünü yeniləyən bir marka olaraq kolleksiyasında bir-birindən fərqli və yaradıcı məhsullara yer verir. Ayaqlara sağlamlıq, rahatlıq və qəşəngliyi bir yerdə təqdim edən “Polaris”, gün boyu bədənimizin bütün ağırlığını daşıyan, qışda bağlı ayaqqabıların içində böhrana düşən, yayda günəşlə gələn mənfi təsirlərə məruz qalan ayaqlarımız üçün indi çox xüsusi baxım məhsulları təqdim edir. “Polaris” mağazalarında satışa təqdim edilən ayaqqabılar müxtəlif ayaq problemlərini azaldıcı və ya önləyici təsirə malikdir.
“Polaris” hər zaman ilkləri təqdim etmənin həyəcanını bütün istehlakçıları ilə paylaşmaqdadır. “Polaris”, hər mövsüm yalnız kolleksiyasını və dizaynlarını yeniləməklə kifayətlənməyərək, “ayaq sağlamlığı”, “ayaq rahatlığı” və “ayaq dəbi” üzrə yeni texnologiyalar inkişaf etdirməyə davam etməkdədir.
AAAF PARK Yaşayış Kompleksində mağazası olan “Polaris” markasının məhsullarını almağa tələsin!
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN