Nüvə Təbabəti Mərkəzi
Respublikamızda Pozitron Emissiya Tomoqrafiyası (PET) müayinəsini aparan ilk və tək mərkəzdir. Mərkəzin PET cihazı Siemens Biograph™ mCT ən son texnologiyalar ilə hazırlanmış və minimal doza ilə çox sürətli müayinə aparmaq imkanına malikdir. Adi PET mərkəzlərində FDG maddəsi kilometrlərlə uzaq məsafədən gətirildiyindən xəstəyə verilənə qədər aktivliyini qismən itirmiş olur. Bizim mərkəzdə isə FDG maddəsi alt mərtəbədəki Siklotron cihazından əldə edilir və xəstəyə verilən anda yüksək saflığa və lazımi aktivliyə malik olur. Mərkəzdə siklotronda hazırlanan maddələrin sterilliyi, toksikliyi, dozası və molekulyar quruluşu yüksək standartlara cavab verən xüsusi laboratoriyada yoxlanılır və keyfiyyətinə zəmanət verilir. Mərkəzin otaqlarındakı rahat şərait, xoş dizayn, xəstələrə şəfqət duyğusu, şəxsiyyətə ehtiram aşılayan gülərüz personal Sizlərə yüksək səviyyəli müayinə təqdim etmək üçün planlaşdırılıb.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW