
-
Bakı şəh., Bül-bül prospekti 20
- (+994 12) 498 82 09, (+994 50) 300 40 87
- www.nizamicinema.az
- Hər gün
Nizami Cinema
“2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı”na əsasən 27 dekabr 2011-ci il tarixində böyük yenidən qurma işlərindən sonra ölkənin ən qədim kinoteatrlarından olan “Nizami”nin təntənəli açılışı oldu. Təmirdən sonra kinoteatra Kino Mərkəz statusu verildi, burada dünya kinosunun ən maraqlı yeni filmlərini əhatə edən cari repertuar filımləri ilə yanaşı milli filmlərin təqdimatları, xarici ölkələrin Kino günləri və Kino həftələri keçirilməyə başlamışdır. Gələcəkdə isə bir çox maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Bu gün Nizami Kino Mərkəzi Azərbaycanda və Cənubi Qafqazda ən böyük kino nümayişi müəssisəsidir. Kinoteatrda 50, 80, 500 nəfərlik 3 zal, həmçinin 24 nəfrlik VİP zal xidmət göstərir. Ən böyük zalda eni 18m olan ekran yerləşdirilib. Kino Mərkəzində həmçinin milli və avropa mətbəxinin ləziz yeməklərini təklif edən 250 nəfərlik restoran, kafe-klub, konfrans zalı və s. var.
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN