
-
Mətbuat pr 40, Bakı, Azərbaycan
- (+99412) 539 24 53
- http://www.mdi.gov.az/
-
B.ertəsi - Cümə:08:00 --> 18:00Şənbə - Bazar:istirahət günü
Müdafiə Sənayesi Nazirliyi
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
2.1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Əsasnaməsinin layihəsini, nazirliyin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 16 dekabr 2005-ci il.
№ 1181
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN