
-
Bakı, Binə qəs. Avia şəhərcik
- (+99412) 498 22 88; (+99412) 493 09 19
- http://naa.edu.az/
- 9:00 am to 6:00 pm
- No specify serve day
Milli Aviasiya Akademiyası
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Milli Aviasiya Akademiyası Milli Qəhrəman Yavər Əliyevin adını daşıyır. Bu ali məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli, 337 saylı qərarı ilə “Milli Aviasiya Mərkəzi” adı ilə yaradılmış və sonra Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli, 81 saylı qərarı ilə Milli Aviasiya Akademiyasına çevrilmişdir. Akademiya 1999-cu ildə Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya Ali Təhsil Müəssisəsi” sertifikatına layiq görülmüşdür.
Əgər akademiyaya 1992-1993 tədris ili üçün iki ixtisas üzrə (mühəndis-pilot və mühəndis-texnik) 80 nəfər gənc qəbul olmuşdusa, 1998-1999-cu tədris ilində 11 ixtisas üzrə 276 nəfər daxil olmuşdur. Hal-hazırda Akademiyada 807 tələbə təhsil alır. Onlardan 609 nəfəri əyani şöbədə, 198 nəfəri isə qiyabi şöbədə oxuyur.
Akademiyada 135 müəllim fəaliyyət göstərir. Onlardan 2 nəfəri akademik, 1 nəfəri EA-nın müxbir üzvü, 6 nəfəri professor, 10 nəfəri elmlər doktoru, 11 nəfəri dosent, 43 nəfəri elmlər namizədidir. Milli Aviasiya Akademiyasının 4 tədris korpusu, onlarla müasir səviyyəli, ixtisaslaşdırılmış auditoriya və laboratoriyaları vardır. Tədris prosesinin məzmunlu və keyfiyyətli keçməsi üçün auditoriyalar və kabinələr lazımi funksional trenajorlar, stendlər, maketlər və sxemlərlə təmin olunmuşdur. İngilis, Azərbaycan və rus dili kabinələri lazımi linqafon cihazları və kompüter texnikası ilə təchiz olunmuşdur. Kompüter texnikasının, əsas fənlər üzrə öyrədici və nəzarətedici proqramların tətbiqi yolu ilə akademiyada tədris prosesi müntəzəm olaraq təkmilləşdirilir. Akademiyanın kitabxanası elmi-texniki, tədris-metodiki və sorğu ədəbiyyatları ilə komplektləşdirilmişdir. Kitabxananın fondu daim tələbata uyğun olan tədris ədəbiyyatları ilə zənginləşdirilir.
Fakültələr
Hava nəqliyyatının uçuş istismarı
Hava nəqliyyatının texniki istismarı
İqtisadiyyat və hüquq
İxtisasartırma
Qiyabi fakültə
Aerokosmik fakültə
……………………………………………………………………………………….
İxtisaslar
Uçuş mühəndisliyi (mühəndis-pilot)
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi (mühəndis-şturman)
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (radiomühəndis)
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (mühəndis-sistemotexnik)
İnformasiyanın işlənməsi və idarəetmənin avtomatlaşdırılmış sistemləri (mühəndis-sistemotexnik)
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi (mühəndis-mexanik)
Cihazqayırma mühəndisliyi (mühəndis-elektrik)
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi (mühəndis-dispetçer)
Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi (mühəndis-avianəqliyyat istehsalatının təşkilatçısı)
Ekologiya mühəndisliyi (mühəndis-ekoloq)
Hidrometeorologiya
Menecment (mühəndis-iqtisadçı)
Dünya iqtisadiyyatı (iqtisadçı)
Hüquqşünaslıq (hüquqşünas)
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW