
-
Bakı, Z.Xəlilov küç., 26 (Metro Elmler Akademiyası)
- (+994 12) 448 03 82
- 7:00 am --> 11:00 pm
- Hər gün
Megacity Club & Spa
“Megacity club & Spa” idman kompleksi artıq 6 illik tarixə malik, müasir idman və sağlamlıq komplekslərindən biri kimi fəaliyyət göstərir. Burada idman və sağlamlaşdırıcı xidmətdən başlayaraq kosmetik prosedurlara kimi tam xidmət almaq mümkündür.
Mərkəz özündə trenajor zalı, gözəllik və masaj kabineti, aerobika ilə məşğul olanlar üçün ayrıca zal, fito-bar, quru və yaş buxarla sauna, cakuzi və hidromasaj, hovuz və duş vannasını birləşdirir. Burada qadın və kişilər üçün ayrıca idman zalları fəaliyyət göstərir.
Qadın və kişi üçün mövcud olan idman zalları dünyada fitnes sahəsində ən son texnologiyalarla hazırlanmış trenajor alətləri ilə təchiz edilib. Kompleksdə həmçinin aerobika, pilates və rəqslə məşğul olanlar üçün ən son texnologiyalara cavab verən, xüsusi avadanlıqlarla təchiz olunmuş güzgülü zal fəaliyyət göstərir. Klub özündə müasir fitnes və spa sahəsində ən mühüm xüsusiyyətləri cəmləşdirir.
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN