
-
Mircəlal 143, Bakı, Azərbaycan
- (+99412) 568 64 34, (+99450) 563 86 44
- http://fitness-spa.az
-
B.ertəsi - Bazar:09:00 --> 22:00
Kristal Fitness & SPA
Klublarımız:
EDEM FITNESS & SPA – Bakının 1-ci mikrorayonunda yerləşən «Edem Fitness & Spa» idman kompleksi müştərilərinə şəhərin səs – küyündən kənarda sakit və rahat bir mühit təklif edir. Ziyarətçilərə müxtəlif müalicəvi masajlar və aparıcı istehsalçılardan alınmış idman avadanlıqları ilə təchiz olunmuş idman zalı təklif edilir.
Hovuz, Su aerobikası, Pilates, Masaj, SPA-zona, Pilinq, Nəm buxarlı sauna, Fin Saunası, Türk Hamamı, Manikür və pedikür .
ROYAL CLUB FITNESS & SPA
Dəbdəbəli sağlamlıq mərkəzi “Royal Club Fitness & Spa”, lyuks yaşayış kompleksi Green Park-da yerləşir və bədənə qulluq üçün bir sıra xüsusi müalicə üsulları, masajlar və idman növlərini şəhərin səs-küyündən kənarda, rahat bir mühitdə təklif edir.1,200 kvadrat metrdən çox sahədə yerləşən geniş idman zalı, üzgüçülük hovuzu, cakuzi, uşaqlar üçün hovuz və fito bar yerləşmişdir. Ən son texnologiya ilə təchiz edilmiş şəffaf və təmiz suyu olan rahat üzgüçülük hovuzu sizi rahatlandıracaq.
“Royal Club Fitness & Spa”-nın idman zalı dünyanın aparıcı istehsalçılarından alınmış ən müasir avadanlıqlarla təchiz olunmuşdur, bu məhsullar mümkün ən qısa zaman ərzində maksimal nəticələrə nail olmağa imkan verir.
Lyuks sinfinə aid prosedurlar cavanlaşmadan tutmuş dərinin qocalmasına qarşı tədbirlər və daş terapiyası (isti daşlarla masaj), maskaların tətbiqini əhatə edir. Bu xidmətlər 4 müalicə otağında həyata keçirilir, türk hamamı, fin saunası, buxar otağı, qadın və kişilərin spa zonasında fito barlar fəaliyyət göstərir.Masajın şəfaverici faydası hamıya yaxşı məlumdur. Əsrlər boyu masaj bir çox ölkələrdə müalicə vasitəsi kimi istifadə olunmuşdur. Masaj qan dövranını yaxşılaşdırır, gərginliyi azaldır və əsəbi sakitləşdirir, tər vasitəsilə bədəndən toksinlərin çıxarılmasına kömək edir. “Royal Club Fitness & Spa” kompleksinin peşəkar masaj həkimləri müştərilərə geniş çeşiddə masaj növləri təklif edir.
“Royal Club Fitness & Spa” eyni zamanda gözəllik salonu işlədir ki, burada uzun təcrübəyə malik peşəkar həkim – kosmetoloqlar müxtəlif estetik prosedurlar həyata keçirirlər. idmanla məhsuldar şəkildə məşğul olduqdan sonra “Royal Club Fitness & Spa” sizə fito bara baş çəkməyi təklif edir, belə ki, siz orada təbii şirə sifariş edə, istirahət edə və gücünüzü bərpa edə bilərsiniz.
AQUAPARK FITNESS & SPA RECREATION– “Aqua Park fitness & Spa” idman kompleksi 2000-ci ilin mayında fəaliyyətə başlamışdır. Kompleks fəaliyyətinin ilk günlərindən müştərilərə yüksək səviyyəli xidmət göstərməyə səy göstərmişdir.“Aquapark fitness & spa recreation” müştərilərə çox geniş çeşiddə sağlamlıq və fitnes xidmətləri təklif edir: 25 metr uzunluğunda və 12 metr enində üzgüçülük hovuzu, eləcə də 6 yaşına qədər olan uşaqlar üçün xüsusi təchiz olunmuş kiçik hovuz, hansı ki, balaca qonaqlarımızın zövqünü oxşayacaqdır. Su güclü bakterisid avadanlığın – dezinfeksiya filterlərinin köməyi ilə təmizlənir. Yayda hovuzdakı suyun temperature 26°C – 28°C, qışda isə – 28°C – 30°C-yə çatır, yayda kiçik hovuzdakı suyun temperaturu 28°C – 30°C, və qışda 29°C – 31°C-yə çatır.Mərkəz geniş fitness zalı təklif edir ki, burada təmin olunan peşəkar idman avadanlıqları sayəsində siz vücudunuzu mükəmməlləşdirə bilərsiniz. İdman zallarından həm müstəqil şəkildə, həm də yüksək ixtisaslı hakimlərin şəxsi istiqamətləndirməsi əsasında istifadə edə bilərsiniz.
MEGACITY CLUB & SPA- “MEGACITY CLUB & SPA” idman kompleksi 8 illik bir tarixə malikdir və ən müasir idman – istirahət mərkəzlərindən biridir. Idman kompleksi ən son avadanlıqlarla təchiz edilmişdir. Xidmət sahələri
“MEGACITY CLUB & SPA” ziyarətçilər üçün geniş çeşiddə xidmətlər təklif edir:
• İdman zalları
• Hovuz
• Masaj otağı
• Aerobika zalı
• Fito – bar
• Quru və nəm buxarlı saunalar
• Cakuzi
• Hidro-masaj hamamı
• SDM (Sualtı duş masajı )belin kompleks müalicəsinə aiddir:
Belin aşağı nahiyəsinin ağrısı, miozit .
• stilist xidmətləri
• Həkim – kosmetoloq
• Şəxsi məşqçi
• Manikür xidmətləri
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN