Gənclik Mall
Alış-verişdən əlavə “Ganjlik Mall” əyləncələrlə də diqqəti cəlb edəcək: kino həvəskarları dünya blokbasterləri ilə kinoteatrda tanış ola, kollektiv oyunları sevənlər dostları ilə asudə vaxtlarını boulinqdə keçirə, balacalar isə uşaq zonasında sehirli dünyaya baş vura bilərlər.
Əlbəttə ki, ticarət və əyləncə mərkəzində Bakıda ən populyar çevik qida restoran və kafe brendləri kimi tanınmış adlarla fudkort da fəaliyyət göstərir. Ərazisi 55.000 м2 olan geniş məkanda “Zara”, “Bershka”, “New Yorker”, “Mango”, “Next, United Colors of Benetton”, “Stradivarius”, “Pull&Bear”, “Tommy Hilfiger”, “Nine West”, “Koton”, “LC Waikiki”, OVS, “Ted Baker”, “De Facto”, “Pimkie”, “French Connection”, “Calliope”, “Terranova”, “GO Sport” və “Courir” kimi brendlərin mağazaları fəaliyyət göstərir.
Mall-da həmçinin yeni “Bravo” hipermarketi və “Maxi” elektronika hipermarketi öz işinə başlayıb.
Ticarət və əyləncə mərkəzində Bakıda “McDonalds”, KFC, “Villa Pizza”, “Starbucks”, İlly”, “Gloria Jeans” kimi ən populyar çevik restoran və kafe brendləridə yer alır.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW