
-
Heydər Əliyev pr 87a, Gəncə, Azərbaycan
- (+99412) 108 (“Çağrı” mərkəzi)
- http://asan.az
-
B.ertəsi - Cümə:09:00 --> 19:00Şənbə - Bazar:09:00 --> 16:00
Gəncə "ASAN Xidmət" mərkəzi
Gəncə “ASAN xidmət” mərkəzi 21 dekabr 2013-cü il tarixindən etibarən xidmət göstərir.
Gəncə “ASAN xidmət” mərkəzi həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
Mərkəz Gəncə şəhəri ilə yanaşı Şəmkir, Goranboy, Göygöl, Gədəbəy, Kəlbəcər, Xocalı, Samux, Daşkəsən, Tovuz, Ağstafa, Qazax rayonlarının və Naftalan şəhərinin qeydiyyatda olan sakinlərinə xidmət göstərir. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 15:00-dək fasiləsiz həyata keçirilir.
Digər xidmətlərlə bağlı sənədlərin qəbulu həftənin beş günü saat 09:00-dan 18:30-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 15:30-dək fasiləsiz həyata keçirilir.
Hazır sənədin verilməsi “ASAN xidmət” mərkəzlərinin iş qrafikinə uyğun həftənin beş günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-dək fasiləsiz həyata keçirilir.
ASAN Xidmət növləri
- Notariat fəaliyyəti
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Məhkumluq barədə arayışların verilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
- Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı
- Miqrasiya xidmətləri
- Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı
- Dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi
- Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu
- Hərbi qeydiyyat
- Funksional yardımçı xidmətlər
Qeyd: Gəncə “ASAN xidmət” mərkəzi həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Mərkəz Gəncə şəhəri ilə yanaşı Şəmkir, Goranboy, Göygöl, Gədəbəy, Kəlbəcər, Xocalı, Samux, Daşkəsən rayonlarının və Naftalan şəhərinin sakinləri olan vətəndaşlara da xidmət göstərir. Bu zaman müraciətlər birbaşa olaraq aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən qəbul olunur.
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN