
-
Bakı Fizuli 79
- (+99412) 598 04 16
- http://chudopechka.com
- 8:00 am to 11:00 pm
- Every day
Çudo Peçka (7)
İlk “Çudo Peçka” mağaza-kafesi 2001-ci ilin 6 iyun tarixində Bakının mərkəzində “Nizami” parkı yaxınlığında hazırkı Azərbaycan prospektində açılıb. O zaman ölkədəki ilk bu tip mağaza-kafe idi.
Azərbaycandakı ən geniş şəbəkə
Bu gün “Çudo Peçka” şəhərin mərkəzində və qəsəbələrində yerləşən 12 mağaza-kafe ilə xidmət göstərir. Bütün mağaza-kafelər şəbəkədə birləşir və bir mərkəzdən idarə olunur. Hər gün təxminən 20 min insan “Çudo Peçka”ları ziyarət edir. “Çudo Peçka” qənnadı məhsulları və fast-food üzrə Azərbaycandakı ən geniş şəbəkədir.
Şöbələr
“Çudo Peçka” mağaza-kafelərində 4 müxtəlif şöbə fəaliyyət göstərir: qənnadı, fast-food, şərq şirniyyatı, çörək və un məmulatları. Yalnız 2 mağaza-kafedə həm də open-bar şöbəsi də mövcuddur.
Təlimlər
Şirkətin baş ofisində hər gün əməkdaşlar üçün treyninqlər keçirilir. Bunlar xidmət səviyyəsinin artırılmasına və məhsulların keyfiyyətinin qaldırılamasına yönəlmiş təlimlərdir. Treyninqlərdə yeni işçilərə məhsullar barədə məlumat verilir, hazırlanma qaydaları öyrədilir. “Çudo Peçka”da daim yeni növ məhsullar olduğu üçün həmin yeni məhsullar barədə informasiya verilməsinə daim ehtiyac duyulur. Həmçinin, müştərilərlə davranış qaydaları ilə bağlı təlimlər də keçirilir.
Mükafatlar
“Çudo Peçka” qurulduğu gündən etibarən daim inkişaf edib və bu unkişaf müxtəlif yerli və beynəlxalq qurumların diqqətindən yayınmayıb.
2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində keçirilən “Quality Summit”də “Çudo Peçka”ya “Yüksək Keyfiyyət və Biznes Prestiji” sahəsində Qızıl Mükafat verilib.
2004-cü ildə Fransanın paytaxı Parisdə “World Quality Commitment”in “Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu” təqdim olunub.
2004-cü ildə Avstryanın paytaxtı Vyanada “XXI əsr Prestij və Keyfiyyət üzrə “Actualidad” mükafatı”nı alıb.
2005-ci ildə Almaniyanın Frankfurt şəhərində “Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya”sında “Arch of Europe” mükafatı verilib.
2005-ci ildə İngiltərədnin paytaxtı Londonda “Bəynəlxalq Keyfiyyət Tacı” ilə mükafatlandırılıb.
2005-ci ildə İsveçrənin Cenevrə şəhərində “Century International Diamond Quality Era Award”a layiq görülüb.
2006-cı ildə Beynəlxalq Biznes Şurası “Milli İqtisadiyyatın Lideri” olması münasibəti ilə “Çudo Peçka”nı “Şərəf Ordeni” ilə təltif edib.
2006-cı ildə Azərbaycanda “Uğur” mükafatlandırılmasında “İlin Şirkəti” elan olunub.
Yuxarıdakı qeydlər şirkətin mükafatlar rəfindən bəziləri idi.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW