
-
Amsar kəndi, Quba, Azərbaycan
- (+994 50) 200 19 86
- http://cennetbagi.az/quba/
-
B.ertəsi - Bazar:00:00 --> 00:00
Cənnət Bağı Quba istirahət mərkəzi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 avqust 1999-cu il tarixində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır.
OTEL OTAQLARI:
Standard: 2 nəfərlik 1 otaqlı mənzillər. Bu tip mənzillər 1 yataq otağı və vanna otağından ibarətdir. Otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü, resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilmişdir. Otağın qiymətinə səhər yeməyi (isveç masası) və İdman-Sağlamlıq kompleksində istirahət daxildir.
Junior Suite: Bu tip mənzillər 2 nəfərlik 2 otaqlı (1 yataq otağı və 1 qonaq otağı) mənzillərdən ibarətdir. Belə mənzillər Standart tipli mənzillərdən bir qədər bahalı və sahəsi genişdir, lakin belə mənzillər gənclərin və ya ailəli istirahətə gələnlər üçün ən optimal variantdır. Otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü, resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilmişdir. Otağın qiymətinə səhər yeməyi (isveç masası) və İdman-Sağlamlıq kompleksində istirahət daxildir.
Suite: Bu tip mənzillər 4 nəfərlik 3 otaqlı mənzillərdən ibarət olur. Mənzillər yüksək səviyyədə tərtib olunmuş otaqlardan və mebel dəstlərindən ibarətdir. Otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü, resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilmişdir. Otağın qiymətinə səhər yeməyi (isveç masası) və İdman-Sağlamlıq kompleksində istirahət daxildir.
Koteclər: 2 nəfərlik 1 otaqlı və 2 nəfərlik 2 otaqlı koteclər. Koteclər 1 yataq otağı və vanna otağından ibarətdir. Otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü,resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilmişdir. Otağın qiymətinə yalnız səhər yeməyi (isveç masası) daxildir
Restoran:
Quba “Cənnət Bağı” istirahət mərkəzinin restoranı ənənəvi milli və seçmə Avropa xörəklərini, ədviyyatlı şərq təamlarını təqdim edən özəl mətbəxi Sizin xidmətinizdədir.
Təbiətdən gələn sağlamlığın yerini heç bir süni məhsul və dərman verməz deyirsinizsə bizim istirahət məkanımızın mətbəxi məhz Sizin üçündür. İstirahət mərkəzimizin heyvandarlıq və quşçuluq təsərrüfatının fəaliyyəti nəticəsində restoran ət, toyuq, yumurta, süd məhsullarından: yağ, pendir, qatıq, süzmə, şor və s. ilə təchiz edilir. Bununla hər şey bitmir. Meyvələrdən: alma, armud, gavalı, albalı, böyürtkən, yabanı bitkilərdən: əvəlik, çaşır, yarpız, nanə, kəklikotu da məhz burada yetişdirilir. Və ən önəmlisi sizə mətbəximizdə təqdim edilən ətirli və dadlı lavaş, təndir, kürə çörəyi də məhz istirahət mərkəzimizdə bişirilir.
Restoranımızın geniş və gözoxşayan interyeri istənilən ailəvi, ad günü, iş yeməkləri və romantik şam yeməklərini təşkil etməyə imkan verir. Bizdən razı qalmayan olmayacaq. Burada istirahət edən ən qurman qonaqlar belə Azərbaycan, Avropa və şərq mətbəxinin nümunələrinin təqdim edildiyi 120 nəfərlik Restorandan razı qalacaq.
Restoranda istifadə edilən qida məhsullarının 60%-i İstirahət Mərkəzinin təsərrüfatında istehsal edilir. Təbiilik öz sözünü deyib nöqtə qoyursa, biz hər şeyin ən təbiisini məhz Sizin üçün hazırlayırıq.
Peşəkar aşpazlarımızın hazırladıqları Avropa və milli mətbəxin yeməklərindən əsl zövq alacaqsınız. Heyətimizin yüksək səviyyəli xidmətindən və ansamblın canlı musiqisindən razı qalacağınıza zəmanət veririk.
Əyləncə
Əyləncə, adrenalin, ekstremal istirahəti sevənlər biz sizləri əsla unutmadıq. Aktiv istirahət növünə üstünlük verənlər sizlər üçün istirahət mərkəzimizdə motokross, təmiz hava, yaşıllıq dolu futbol, basketbol və voleybol meydançası, tennis kortu, fitnes zalı, boulinq zalı, üzgüçülük həvəskarları üçün tərtəmiz və şəffaf su dolu açıq və qapalı hovuzlarımız da Sizin xidmətinizdədir.
Bunlarla yanaşı adrenalinlə dolu yaşam tərzini sevənlər üçün kvadrosikllərlə motokross, güllə atıcılığı fəaliyyət göstərir. Bununla bitmir, komanda tipli oyunları sevənlər üçün Paintball oyunları da təşkil edilir.
SPA korpusunda quru və nəm sauna, masaj salonu idman meydançalarından sonra fiziki yorğunluğu aradan qaldırmaq üçün əla fürsətdir. Peşəkar masaj ustalarının köməyi ilə sağlamlıq masajlarını qəbul edərək yenidən dünyaya gəlmiş kimi olacaqsınız.
Yalnız filmlərdə gördüyümüz at belində gəzintini yalnız xəyallarında canlandırırsınız? Xəyallarınızı reallığa çeviririk. At belində gəzinti sizin xəyalınızdırsa bu xəyallarınızın gerçək olması üçün istirahət məkanımızda hər bir şərait yaradılmışdır.
İstirahət mərkəzində 3D formatlı Cinemaklub film həvəskarlarının yolunu gözləyir. Siz burada çox maraqlı, çox həyəcanlı 3 D filmlərini rahatca izləyə bilərsiniz
Stolüstü oyunlar arasında populyarlıq qazanmış bilyard və tennis həvəskarları da yaddan çıxmayıb. Sizə ən mükəmməl formada bu əyləncələri yalnız biz təqdim edirik.
Əlbəttə ki, bizim məkanda istirahət etməyi seçən kiçik qonaqlarımızı – balaca balalarımız da unudulmamışdır. İstirahət məkanımızdakı uşaq əyləncə mərkəzimizdə balacaların biri-birindən öyrənəcəkləri dünyalar və uşaq olmanın xoşbəxtliyini yaşadacaq bütün əyləncələrin hamısını balaca qonaqlarımız üçün bir araya gətirdik. Buradakı müxtəlif yelləncək və attraksionlar sizin balacaların bu tətilini və yaşadıqları əyləncə dolu anları unudulmaz edəcək.
ÖDƏNİŞSİZ ƏYLƏNCƏLƏR (məskunlaşmış müştərilərə) – FUTBOL, VOLEYBOL, BASKETBOL, AÇIQ VƏ QAPALI HOVUZ, UŞAQ PARKI, FİTNES ZALI, SAUNA, SU MASAJI, BİLYARD, TENNİS
ÖDƏNİŞLİ ƏYLƏNCƏLƏR – BOWLING, GÜLLƏ ATICILIĞI, KVADROSİKL, TİR, PAINTBALL OYUNU, ÇİN MASAJI, BAR XİDMƏTİ
Personal
“Cənnət Bağı” şirkətlər qrupunun Quba istirahət mərkəzinin 50 nəfərdən ibarət personalı, xidmət və keyfiyyət sahəsində ən xırda detalları belə nəzərdən qaçırmır. Burda sizə nümunəvi, keyfiyyətli və yüksək səviyyədə xidmət göstəriləcək. Biz personalımızın ən mükəmməl səviyyədə keyfiyyətli xidmətinə zəmanət veririk. Bizimlə atacağınız addımın – ömrünüzün sonuna qədər ən gözəl istirahətiniz olacağından əminik.
Mükəmməl, təhlükəsiz istirahət, təmiz hava, keyfiyyətli xidmət, yaşıl meşə, müxtəlif əyləncələr, restoran və bar bütün bunlar Sizi Quba “Cənnət Bağı” istirahət mərkəzində gözləyir. Hər il minlərlə ailə, məhz bizim istirahət mərkəzində xoş əhval-ruhiyyə və xatirələrlə dolu bir tətil keçirir. Yüksək səviyyəli xidmət personalı, keyfiyyətli və ləziz yeməkləri olan Restoranı, Avropa standartlarına uyğun şəraitli kottecləri, əyləncə və asudə vaxtın səmərəli keçməsi üçün hər bir imkanı olan bu məkan ailəvi istirahət üçün əvəzedilməzdir.
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN