
-
Badamdar şossesi 40, Bakı, Azərbaycan
- (+99412) 502 43 21
-
B.ertəsi - Bazar:09:00 --> 18:00
Botanika Bağı
Mərkəzi Nəbatat Bağının (botanika bağının) elmi əhəmiyyəti kserofit floranın bütün məcmusu ilə nümayiş etdirilməsinin təkcə Sovetlər məkanında deyil, eləcə də Avropada analoqunun olmaması ilə müəyyən edilir.
Bu Bakı şəhərinin coğrafi cəhətdən Asiya və Avropa florasının qovuşuğunda yerləşməsi ilə izah olunur. Bundan əlavə Bakıda botanikləri öz ətrafında birləşdirən Nəbatat Bağının olması, onu elmi-tədqiqat işlərinin və botaniki fikrin mərkəzi etdi.
Nəbatat Bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN