
-
Heydər Əliyev prospekti 100, Bərdə, Azərbaycan
- (+99412) 108 (“Çağrı” mərkəzi)
- www.asan.gov.az
-
B.ertəsi - Cümə:09:00 --> 19:00Şənbə - Bazar:09:00 --> 16:00
Bərdə "ASAN xidmət" mərkəzi
Bərdə “ASAN xidmət” mərkəzi həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Mərkəz Bərdə rayonu ilə yanaşı Göyçay, Ucar, Zərdab, Ağdam, Ağcabədi, Laçın, Yevlax, Füzuli, Mingəçevir, Ağdaş və Tərtər rayonlarının qeydiyyatda olan sakinlərinə xidmət göstərir.
Qeyd: Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 15:00-dək fasiləsiz həyata keçirilir.
Digər xidmətlərlə bağlı sənədlərin qəbulu həftənin beş günü saat 09:00-dan 18:30-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 15:30-dək fasiləsiz həyata keçirilir.
Hazır sənədin verilməsi “ASAN xidmət” mərkəzlərinin iş qrafikinə uyğun həftənin beş günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-dək fasiləsiz həyata keçirilir.
ASAN Xidmət növləri
- Notariat fəaliyyəti
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Məhkumluq barədə arayışların verilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
- Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı
- Miqrasiya xidmətləri
- Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı
- Dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi
- Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu
- Hərbi qeydiyyat
- Funksional yardımçı xidmətlər
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN