
-
Səməd Vurğun 68, Bakı Dövlət Sirki, Bakı, Azərbaycan
- (+99412) 597 25 95, (+99412) 597 25 15, (+99412) 597 28 48, (+99412) 597 29 19
-
B.ertəsi - Bazar:08:00 --> 18:00
Bakı Dövlət Sirki
Bakı Dövlət Sirki İlk peşəkar sirk – heyvanxana Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə yeni, şəhərin başqa ərazisində sirk binası tikilərək istifadəyə verilmişdir. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları salınmışdı.
Ənvər Quliyev, “Ulduz bacıları”, kəndirbaz Əlixan və digər artistlərin nömrələrin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə “Zirvədən işıq” adlı proqramla keçmiş Sovet İttifaqının ərazisində və Afrika, Asiya, Amerika və Avropada daimi qastrollarda olmuşdur. 1967-ci ildə Bakı Dövlət Sirkinin memarı İsmayılov və Leontyev olan hazırkı binası istifadəyə verilmişdir. Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir.
Hər vaxt sevilən və hamının məhəbbətini qazanmış sirk – uşaqların və böyüklərin möcüzələr aləmi ilə, ən yaxşı heyvan təlimçiləri, akrobatlar, kəndirbazlar, fokusçu artistlərlə görüş yeridir. Burada uşaqlar iki saat ərzində nağıl aləminə düşür, təəccüblənir, heyran qalır və gülürlər. Dünyanın bir çox ölkəsindən məşhur sirk ustaları öz sənətləri ilə tamaşaçıları sevindirmək üçün Bakıya gəlirlər, burada hər tamaşaya iki minə kimi tamaşaçı gəlir.
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN