
-
Nəsimi rayonu, Səməd Vurğun küç
- Rektorluq: (+99412) 597 43 23, 597 38 98
- http://amu.edu.az/
- 9:00 am to 6:00 pm
- No specify serve day
Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universiteti 1930-cu il may ayının 9-da Bakı Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tibb fakültəsi bazası əsasında yaradılmışdır. Deməli, ATU tarixi baxımdan 1919-cu il sentyabrın 1-də təsis edilmiş Bakı Universitetinin (BU) tibb fakültəsinin varisidir. BU-nun tibb fakültəsinin təşkilində Tiflisdə (Tbilisidə) yeni yaradılmış Zaqafqaziya Universiteti bağlandıqdan sonra Bakıya gələn V.İ.Razumovski, İ.İ.Şirokoqorov, F.İ.İlyin və b. ilə yanaşı, sonralar məşhur alimlər, akademiklər, professorlar olmuş gənc azərbaycanlı həkimlərdən M.Mirqasımov, M.Topçubaşov, A.Şahtaxtinskaya, Q.Ağabəyov və b. fəal iştirak etmişlər. Bakı Dövlət Universitetinin tibb fakültəsinin sərbəst institut kimi fəaliyyətə başladığı dövrdə institutun ilk rektoru vəzifəsini müvəqqəti olaraq o zaman Azərbaycan SSR Xalq Səhiyyə Komissarı vəzifəsində çalışan professor M.N.Qədirli icra etmişdir.
Respublika hökumətinin 1991-ci il 4 fevral tarixli 94 №-li qərarı ilə Azərbaycan Tibb İnstitutu Universitet statusu almışdır. Əslində, ATU verdiyi ixtisasların çoxsaylılığına görə, bundan xeyli əvvəl də universitet kimi fəaliyyət göstərirdi. Lakin rəsmi universitet statusunun olmaması təhsil müəssisəsinin müstəqil fəaliyyət göstərmək imkanını məhdudlaşdırırdı. Universitet statusu müəssisəyə müstəqil fəaliyyət imkanı verdi, kadr siyasətini sərbəst həyata keçirmək, büdcəsinə daxil olan vəsaitdən tələbata müvafiq şəkildə istifadə etmək, xarici ölkələrin tədris müəssisələri ilə sərbəst əlaqə saxlamaq, mütəxəssis və tələbə mübadiləsi etmək imkanı verdi. 1992-ci il iyulun 31- də akademik Ə.T.Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edildi. 1993-cü ilin iyun ayının 15-də ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycan səhiyyəsi, tibb elmi və tibb təhsili qarşısında yeni perspektivlərin açılmasına şərait yaratdı. Ulu öndərin tibb elminə, tibb təhsili sisteminə göstərdiyi qayğı sayəsində 1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi və bundan sonra ölkəmizin dövlət xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul olan tədris ocağının beynəlxalq əlaqələri daha da genişləndirildi, xarici ölkələrin ali tibb müəssisələri ilə tələbə mübadiləsi aparılması, alimlərimizin xarici əlaqələrinin genişləndirilməsi lazımi səviyyəyə çatdırıldı.
1991-ci ildən etibarən ATU-ya tələbə qəbulu mərkəzləşdirilmiş qaydada Dövlət Tələbə Qəbulu Komissiası tərəfindən test üsulu ilə aparılır. 1990-2009-cu illərdə Azərbaycan Tibb Universitetini 26290 məzun bitirmişdir, onlardan 25873 nəfəri həkim və əczaçı bakalavr (625 nəfər xarici), 184 nəfəri hərbi həkim, 162 nəfəri hərbi-feldşer, 75 nəfəri isə əczaçı magistr olmuşdur. Hazırda ATU-da 1000 nəfərə yaxın xarici tələbə təhsil alır.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW