
-
Zərifə Əliyeva küç. 18, Bakı, Azərbaycan
- (+99412) 493 36 44
- www.adda.edu.az
-
Mon - Fri:09:00 to 18:00Sat - Sun:None
Azərbaycan Dövlət Dəniz Akademiyası
Əsasını XIX əsr – 1881-ci ildən götürmüş Azərbaycanın dənizçilik təhsili əsrdən-əsrə böyük bir inkişaf yolu keçmişdir. Dənizçilik siniflərindən başlayaraq Azərbaycan Dövlət Dəniz Akademiyası kimi ali təhsil səviyyəsinə qalxmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 1996 – cı il tarixli 91 saylı qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılmışdır. Bu, Azərbaycan təhsilinin yeni bir istiqaməti olaraq respublikamızın gəmilərində işləmək üçün yüksək ixtisaslı dənizçi kadrlar hazırlayan yeganə ali məktəbidir.
Bizim Akademiya tələbələrinin sayının müqayisəli dərəcədə az olmasına baxmayaraq, məzunlarımızın əmək göstəriciləri həmişə yüksək olmuşdur. Məzunlarımız sırasında Akademiyada dərs deyən müəllimlərlə yanaşı respublikanın dənizçilik sahəsində iqtisadiyyatımızın inkişafında əzmlə çalışan onlarla tələbələrimiz vardır. Qeyd etmək lazımdır ki, bizim məzunlar işlə təmin olunur və yüksək məvacib alırlar.
Akademiyamızın əsas istiqaməti ən müasir təlim sisteminin yerinə yetirilməsinə yönəlmişdir. Müasir təhsil sistemi və beynəlxalq dəniz təşkilatının
tələblərinə uyğun dənizçilik peşəsi üzrə hazırlanan məzunlarımıza dünyada tanınan diplomlar verilir.
Bütün bunlarla yanaşı Akademiyda dənizşilik sahəsində elmi tədqiqat işləri də yerinə yetirilir.
Akademiyanın məzunları nəzəri biliklərlə yanaşı Respublikamızın gəmilərində, idarə və müəssisələrində peşə bacarıqlarını artırmaq məqsədilə təçrübə keçir və müxtəlif ixtisaslar üzrə peşəkalıq səviyyəsini bildirən müvafiq sənədlər alırlar.
Akademiyamızda dənizşilik sahəsində çalışan mütəxəssislərin ixtisasartırması və sertifikatlandırılmasını həyata keçirən mərkəz fəaliyyət göstərir.
Dəniz Akademiyası gənc dənizçi kadrların hazırlanmasından məmnunluq duyur və gənçlərimizi bu peşəni seçməyə dəvət edir.
Dəniz Akademiyası fəaliyyətində müasirliyə və inkişafa əsaslanır.
Dəniz Akademiyası Polşanın, Rusiyanın, Ukraynanın, Türkiyənin, Bolqarıstanın və s. ölkələrin ali dənizşilik məktəbləri ilə əməkdaşlıq edir.
Akademiyanın ilbəil inkiaf edərək hazırkı səviyyəyə çatması, onun fakültələri, kafedraları, ali təhsil pillələri, təcrübə bazaları, laboratoriyaları,elmin və təhsilin müxtəlif istiqamətləri , xarici əlaqələri və beynəlxalq layihələri, idman və tələbə həyatı haqqında hazırkı saytda geniş məlumat verilir.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW