
-
İstiqlaliyyət küçəsi 8, Bakı, Azərbaycan
- (+99412) 492 76 46
- www.aak.gov.az
-
Mon - Fri:09:00 to 18:00Sat - Sun:None
Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası respublikada yüksək ixtisaslı elmi və elmi – pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikanın tələbatına uyğun olaraq hazırlanmasında və səmərəli istifadə olunmasında, habelə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişaf perspektivlərinin müəyyən edilməsində iştirak edən dövlət orqanıdır.
Ali Attestasiya Komissiyasının məqsədi Ali Attestasiya Komissiyası elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə elmi dərəcələrin (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adların (dosent və professor) verilməsi ilə bağlı mülkiyyət formasından asılı olmayaraq elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələrdən (təşkilatlardan, birliklərdən) və ali təhsil müəssisələrindən daxil olan attestasiya işlərinin ekspertizasını həyata keçirir və onlara dövlət tərəfindən elmi dərəcələr və elmi adların verilməsini təmin edir.
Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW