
-
Bakı, Novxanı çimərliyi
- (+99412) 448 13 13; (+99412) 448 30 30; (+99412) 348 13 13; (+99412) 348 13 03; (+99412) 447 13 13
- www.afhotel.az
-
B.ertəsi - Bazar:12:00 --> 12:00
AF Hotel Aqua Park Complex
Biz Sizə şəhərin səs küyündən uzaq,təmiz hava və füsunkar dəniz mənzərəsinə malik, nəinki Azərbaycanda, eləcə də yaxın Qafqazda özünə məxsus yeri olan, yerli və xarici turistlərin sevimli ailəvi istirahət məkanı olan “AF Hotel & Aqua Park” Ailəvi İstirahət Mərkəzini təqdim edirik. İstirahət Mərkəzi Bakı şəhərindən 21 km məsafədə, müalicəvi mineral duzlara malik Xəzər dənizi sahilində, Novxanı qəsəbəsində yerləşir. Yüksək və qüsursuz xidmət , peşəkar və gülərüz personal, Xəzər dənizi sahili boyunca uzanan rahat çimərlik zonası, milli, şərq və avropa mətbəxinin dadlı təamlarını təqdim edən restoran,kafe və barlar, Aqua Park macəraları və sakitləşdirici musiqi ritmləri sizin istirahətinizi unudulmaz edəcək.
Otelimizdə bir və ikinəfərik standart, ikinəfərlik Delüks nömrələr, 4 nəfərlik 3 otaqlı apartamentlər 4+1 nəfərlik dubleks kotteclər, böyüklər və uşaqlar üçün hovuzlara malik Aqua Park, uşaq əyləncə mərkəzi,oyun və idman zalları, futbol, voleybol və basketbol meydançaları, tennis kortu və stolüstü oyunlar mərkəzi fəaliyyət göstərir. Ailəniz və dostlarınızla birlikdə istirahət günlərinizin əsrarəngiz, xəyallarınıza uyğun olmasını istəyirsinizsə, o, zaman düşünmədən bizi seçin.Bizim məkanda keçirdiyiniz istirahət anlarını heç zaman unutmayacaqsınız.Çünki ailəvi istirahətin doğru ünvanı “AF Hotel & Auqa Park” Ailəvi İstirahət Mərkəzidir.
XİDMƏTLƏRİMİZ
- 5 restoran, 3 bar (Aqua, Lobby, Disco)
- Aqua Park xidmətlərindən istifadə
- Xüsusi çimərlik sahəsi
- Wi-Fi internet zonası
- Uşaq əyləncə mərkəzi
- Domino, şahmat, dama və nərd
- Bilyard zalı
- Balıq tutmaq
- Sauna, massaj və gözəllik salonu
- Oyun zalı və uşaqlar üçün 3D Kinoteatrı
- Skuter və motobayklar (çimərlik sahəsində)
- Maqazinlər (hədiyyə, geyim, ətriyyat, və.s)
- Camaşırxana xidməti
- Ekskursiyalar (xarici dilli gidlərin müşayiəti ilə)
- Uçuş biletlərinin rezervasiyası
- Konfrans zalları
- Pulsuz dayanacaq xidməti
- Seyf
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN