
-
Akademik Həsən Əliyev küçəsi 36, Bakı, Azərbaycan
- (+99412) 108, (+99412) 444 74 44
- http://asan.az
-
B.ertəsi - Cümə:10:00 --> 20:00Şənbə - Bazar:10:00 --> 17:00
1 saylı Bakı ASAN Xidmət mərkəzi
1 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixindən etibarən xidmət göstərir.
“ASAN xidmət” mərkəzləri haqqında ümumi məlumat
“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
“ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;
- vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;
- peşəkarlıq səviyyəsinin artırılması;
- dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
- şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
- elektron xidmətlərdən daha geniş istifadə olunması;
- bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.
ASAN Xidmət növləri
- Notariat fəaliyyəti
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Məhkumluq barədə arayışların verilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
- Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı
- Miqrasiya xidmətləri
- Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı
- Dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi
- Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu
- Hərbi qeydiyyat
- Funksional yardımçı xidmətlər
Qeyd: Şənbə və Bazar günləri saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
Avtobus marşrutlarının sxemi:
6, 13, 38, 61, 69, 83, 85, 88, 133
0 ŞƏRH
ŞƏRH ETMƏK ÜÇÜN MÜTLƏQ LOGIN OLUN