Contact phone number:(+99450) 247 34 27

Contact email:

“Zirve Awards” mükafatının təqdimat mərasimi keçirilib

01/18/2019

“Zirvə” BİK-nun ilin yekunları ilə əlaqədar mükafatlandırma mərasimi keçirilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları, dünya və Avropa çempionları və mükafatçıları, digər mötəbər qonaqların iştirakı ilə baş tutan tədbirdə ilk olaraq “Zirvə” Beynəlxalq İdman Klublarının yaranma tarixi və 2018-ci ildə qazanılan uğurlar barədə videoçarx izlənilib. Daha sonra “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov çıxış edərək bütün bu uğurların dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində mümkün olduğunu qeyd edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov tədbirdə nitq söyləyərək ölkə idmanının inkişafından danışıb, klubların və idman cəmiyyətlərinin bu işdə rolunu xüsusi qeyd ediblər. “Zirvə” Beynəlxalq idman klublarında ağır atletika ilə yanaşı, digər Olimpiya idman növlərinin inkişaf etdirilməsini alqışlayıblar.

Ardınca müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. İdmanın inkişafındakı xidmətlərinə görə, canlı əfsanələr, Üçqat Olimpiya çempionu Xəlil Mutlu və Kaxi Kaxiaşvili AAAF-ın vitse-prezidenti Azər Əliyev tərəfindən mükafatlandırılıb. Digər nominasiyalar üzrə qaliblərə də mükafatlar təqdim edilib. MOK-un baş katibi Ağacan Əbiyev beynəlxalq yarışlarda uğur qazanmış klub üzvlərinə mənzil sertifikatlarını verib.

Yüksək təşkilatçılığı ilə seçilən mərasimin bəddi hissəsində tanınmış müğənnilər Natavan Həbibi  və Ədalət Şükürov gözəl ifalar səsləndirməklə tədbirə rəng qatıblar.

Sonda Olimpiya çempionları və ümidlərlə birlikdə “Zirvə” BİK-in xüsusi hazırlanmış tortu kəsilib.

reklam
reklam

0 Comment on this Article

Comment closed!

SEARCH PLACE

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Bakı Biznes Mərkəzi (BBM)

    Bakı Biznes Mərkəzi (BBM)

    Neftçilər 32, Bakı, Azərbaycan
  • Botanika Bağı

    Botanika Bağı

    Badamdar şossesi 40, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

    FOLLOW US