
-
İstiqlaliyyət 27, Bakı, Azərbaycan
- (+99412) 492 74 18
- http://wu.edu.az
- No specify serve day
Qərb Universiteti
1991-ci ildə əsası qoyulmuş Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərb Universiteti fəaliyyət göstərdiyi ötən illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib. Universitet akademik çevrədə böyük nüfuza malikdir və bakalavr pilləsi ilə yanaşı magistr və doktorantura səviyyəsində də çoxspektrli tədris proqramı təqdim edir.
Hazırda Qərb Universiteti 50-yə yaxın ixtisas üzrə 1500-dən çox tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir.
Universitet 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və “Atlas” Beynəlxalq Turizm Assosasiyasının üzvüdür və dünyanın bir çox nüfuzlu təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Təhsil və akademik sahədəki nailiyyətlərinə görə bu təhsil ocağı dəfələrlə “Uğur” Diplomu ilə mükafatlandırılıb.
Qərb Universiteti “Siyasi Elmlər və Beynəlxalq Münasibətlər”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Sənayenin təşkili və idarəolunması”, “Regionşünaslıq”, “Biznesin idarə olunması”, “İqtisadiyyat”, “Qərb Dilləri”, “Kompyuter Elmləri və texnologiya”, “Mexanika mühəndisliyi”, “Elektronika”, “Telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Menecment”, “Turizm və otelçilik”, “Dizayn” və s. ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirir.
Qərb Universiteti eyni zamanda aşağıdakı istiqamətlər üzrə Fəlsəfə Doktoru dərəcəsi üçün nəzərdə tutulan proqramları təklif edir:
“Dünya İqtisadiyyatı”, “Sistemli analiz və informasiyanın işlənməsi”, “Daxili Fiskal siyasət və dövlət maliyyəsi”, “Dünya iqtisadiyyatı”, “Sahə iqtisadiyyatı”, “German dilləri”, “Dünya ədəbiyyatı”, “Texniki Estetika və Dizayn”, “Beynəlxalq münasibətlər”.
Universitet elmi tədqiqatı ardıcıl olaraq təşviq edir, burada 3 tədqiqat institutu – Gender Araşdırmaları Mərkəzi, Davamlı İnsan İnkişafı İnstitutu və Dağ Mədəniyyətləri və landşaftları Tədqiqat İnstitutu – elmi araşdırma fəaliyyəti ilə məşğuldur.
Bu günə qədər Universitet çoxlu sayda beynəlxalq layihələrdə iştirak edib və akademik proqramlarını təkmilləşdirib.
Yerli mütəxəssislərlə yanaşı ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Niderland və digər ölkələrdən olan mütəxəssislər mütəmadi olaraq universitetə təlimlər və mühazirələr üçün dəvət olunur.
Xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus plyus mübadilə layihəsi çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, Irlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər.
Eyni zamanda “Qərb” Universiteti Böyük Britaniyanın “Koventri” və bu ölkənin Sinqapurda yerləşən “London Biznes və Maliyyə Məktəbi”, İsveçrənin UBİS və Çexiyanın NEWTON Universitetləri ilə ikili diplom layihələrini həyata keçirir.
Tələbələrin Avropa, ABŞ və dünyanın başqa ölkələrinin universitetləri, eləcə də kollec və özəl məktəblərdə təhsil almaq imkanları var.
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW