Contact phone number:(+99450) 247 34 27

Contact email:

Çingiz Bayramova dəstək olaq!

01/20/2020

Bayramov Çingiz İbrahim oğlu 

16 saylı Yasamal
II Seçki 
Dairəsindən
Deputatlığa namizəd

 

Bayramov Çingiz İbrahim oğlu 31 May 1973-cü ildə Tovuz rayonu Aşağı Quşçu kəndində müəllim ailəsində anadan olub. 1989-cu ildə orta ümumtəhsil, 1991-ci ildə isə Tovuz şəhərində 155 saylı texniki peşə məktəbini bitirib.1991-1996-cı illərdə Türkiyə Respublikasının İstanbul Universitetinin Siyasi  Elmlər Fakultəsini Dövlət İdarəçiliyi ixtisası üzrə bitirib. Tələbəlik illərində İstanbul şəhərində ali təhsil alan azərbaycanlı tələbələrin ilk tələbə təmsilçisi seçilmişdir.

2003-cü ildən Dövlət Torpaq  və Xəritəçəkmə Komitəsinin Mətbuat Xidməti və Analitik İnformasiya sektorunda böyük məsləhətçi, ”Azərsu” Səhmdar Cəmiyyətində  baş mütəxəssis və bir özəl şirkətdə baş müşavir vəzifəsində işləyib.

2015-ci ildə 16 saylı Yasamal rayonu II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.

2001-ci ildən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri  və eyni zamanda Azərbaycan Milli Qeyri – Hökumət Təşkilatları Forumunun (MQF) idarə heyətinin üzvüdür. İctimai Birlik rəhbəri kimi yüzlərlə yerli və xarici tədbirin, konfransın təşkilatçısı və nümayəndəsi, milli və mənəvi dəyərləri təbliğ edən çoxsaylı layihələrin müəllifi olmuşdur.

Heç bir siyasi partiyanın üzvü deyil.

İşimiz Xidmət

Gücümüz Millət

Sizdən Biri

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasına sistemli şəkildə çalışmaq;
  2. Azərbaycançılıq məfkurəsinin ölkə gəncləri arasında yayılması üçün təbliğat  və təşviqat işlərini planlı şəkildə aparmaq;
  3. Azərbaycan multikultirazminin ölkə daxilində  və xaricində ümumbəşəri bir idealogiya həddinə çata biləcək  formada təbliğ etmək;
  4. Azərbaycan və türk diasporlarının sıx əlaqəli inkişafını təbliğ etmək, milli dəyərlərin ön planda inkişaf etməsinə və ümumbəşəri, çağdaş dəyərlərlə inteqrasiyasına çalışmaq;
  5. Türk Dövlətləri Birliyi  uğrunda çalışmaq;
  6. Azərbaycan və Türk-islam dünyası arasındakı qardaşlıq, dostluq əlaqələrinin daha da mökkəmlənməsi  istiqamətində əməli iş aparmaq;
  7. Azərbaycanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, kiçik və orta sahibkarların hüquqlarının qorunmasına və bu məqsədlə müvafiq  qanunların qəbul olunmasına çalışmaq;
  8. Tibb sahəsində, aztəminatlı ailələrin tələbələrin, əlillərin, tibbi sığortadan ödənişsiz istifadə edilməsində, daha tez  və keyfiyyətli müayinə və müalicəsi üçün müvafiq qanunların qəbulunda fəal iştirak etmək;
  9. Xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlıların problemlərinin  həllinə çalışmaq;
  10. Xaricdə təhsil alan azərbaycanlı gənclərin diasporlarla sıx əməkdaşlığını təbliğ etmək;
  11. Yeniyetmə və gənclər arasında vətənpərvərlik ideyasını ardıcıl təbliğ etməkdə milli şüur və milli ruhu yüksəltməyə çalışmaq;
  12. Azərbaycan gənclərinin sosial-iqtisadi problərinin müsbət həllinə və onların ictimai-siyasi həyatda aktiv rol oynamasına daim səy  göstərmək;
  13. Gənclər arasında elmin, mədəniyyətin və idmanın  təbliği məqsədilə sistemli tədbirlərin keçirilməsi;
  14. Gənc alimlərin qayğısına qalmaq və onların sosial müdafiəsini  yaxşılaşdırmağa çalışmaq;
  15. Tələbələrə özəl sektor tərəfindən təqaüd verilməsinə nail olmaq;
  16. Aztəminatlı ailələrin, gənc anaların sosial vəziyyətininin yaxşılaşması üçün  analıq müavinətlərinin artırılmasına çalışmaq;
  17. Əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğu, onların mənzil şəraitinin yaxşılaşdırılmasını və onlara verilən  sosial müavinətlərin, təqaüdlərin artırılmasına nail omaq;
  18. Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri, 20 yanvar əlilləri, Çernobıl əlilləri və Əfqanıstan müharibəsi veteranlarına sosial müdafiəsini hərtərəfli  yaxşılaşdırmaq məqsədi ilə davamlı şəkildə çalışmaq;
  19. Ekologiya, ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və təbiətimizin gözəlliklərinin qorunması məqsədilə davamlı tədbirlərin keçirilməsi;
  20. Yasamal rayonunun sosial-iqtisadi problemlərinin həlli ilə bağlı Dövlət büdcəsindən daha çox maliyyə  vəsaitinin artırılmasına çalışmaq;
  21. Daima fəaliyyətdə olan deputat qərargahının yaradılması və burada seçicilərin problemlərinə və şikayətlərinə baxılmasını təmin etmək.

 

reklam
reklam

0 Comment on this Article

Comment closed!

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Qafar Şirkətlər Qrupu

    Qafar Şirkətlər Qrupu

    Təbriz küç. 21, Nərimanov, Bakı, Azərbaycan
  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Bakı Biznes Mərkəzi (BBM)

    Bakı Biznes Mərkəzi (BBM)

    Neftçilər 32, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US