Contact phone number:(+99450) 247 34 27

Contact email:

AZTU-da Startap Günləri

04/07/2018

Hazırda (6-7 Aprel tarixləri arasında) Azərbaycan Texniki Universitetində (AzTU) növbəti Startap Günləri keçirilir.

NeHarada.az, Xəbərlər.az-a istinadən bildirir ki, tədbirin ilk günündə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı və digər qurumların nümayəndələri, ekspertlər iştirak edib. İkinci günündə isə komandalara təlimlər keçirildi və onlar öz ideyaları üzərində mentorların dəstəyi ilə sıx işləməyə başladılar.

Açılış mərasimində çıxış edən Startap Azərbaycan Təşkilatının rəhbəri Osman Gündüz, AzTU-nun rektor əvəzi Xalıq Yahudov, İT-nin İnkişafı Dövlət Fondunun direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının rəsmisi Tural Qubadov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədzadə və digərləri çıxış edib.

Tədbirdə digər universitetlərin tələbələri və nümayəndələri də qatılıb.

Daha sonra ekpsert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes – ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başlayıb.

Bu mərhələdə tələbələr 26-ya yaxın ideya səsləndirib.

Daha sonra auditoriya və ekspertlərin qiymətləndirməsi ilə ən yaxşı 5 ideya seçilib. Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb.

Qalib gələn ideyalar-formalaşdırılmış komandalar barədə ətraflı məlumat təqdim edirik:

Smart Make-up – Bu mobil proqram ilə üzünüzə yaraşan makiyajı müəyyən edə biləcəksiniz.

Asfalt Enerji– Maşının ağırlıq qüəvvəsini elektrik enerjisinə çevirir.

Avto-Hibrid- Ekologiyanı qorumaq, yanacaq sərfinini azaltmaq və enerji bərpası

Help Wallet– Gözdən əllil insanlar üçün elektron pul qabıdır. Bu mobil proqram ilə gözdən əlil insanlar ödənişləri rahat formada həyata keçirir

E-diagnose– Bu mobil tətbiq xəstəliyin öncən müəyyən olunmasını təmin edir

Startap Azərbaycan-ın ekspertləri komandalara öz tövsiylərini verib.

Qeyd edək ki, sabah, Startap Günlərinin ikinci günündə Universitetin yeni başlayan startapçıları üçün ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək. Startap komadadaları layihələrin tamamlanması üzrə işləri davam etdirəcək. Bu işdə onlara mentor və ekspertlər kömək edəcək.

 

Yekunda bu layihələrin münsiflər qarşısında təqdimatları və yarışı təşkil olunacaq. Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Texniki Universitetin, eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçirilir. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

reklam

reklam

0 Comment on this Article

Add a comment

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US