Contact phone number:(+99450) 247 34 27

Contact email:

“AtaSığorta” ASC endirimli sığorta məhsulları təqdim edir

02/09/2018

“AtaSığorta” ASC sığorta bazarına iki yeni kasko məhsulunun satışını çıxarması barədə Neharada.az saytına məlumat verib. Bunlar “SƏRFƏLİ SIĞORTA” və “QOŞA KASKO” məhsullarıdır. QOŞA KASKO sığorta məhsulu  əsasən iki avtomobili olanlar üçün nəzərdə tutulub. Belə ki, müştərinin iki avtomobili varsa, birinci avtomobil 3,5% tariflə, ikinci avtomobil isə 50% endirimlə yəni, 1,75%-lə sığortalanır. Başqa sözlə, 10 min manatlıq avtomobilin 1-ci avtomobilin kasko sığortası 350 manatdırsa, 2-ci 10 min manatlıq avtomobilin kasko sığortası 175 manata başa gəlir.

“Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir. Belə ki, sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir. İkinci yarısı isə yalnız sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı tərəfindən ödənilir. Lakin sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.

Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri 400 AZN sığorta haqqı ödəməlidirsə, cəmi 200 AZN (50%-i) ödəyir. İl ərzində sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq. Sərfəli KASKO məhsulu istehsal tarixi 2000-ci ildən yuxarı bazar dəyəri 10-60 min manat olan avtomobillərə şamil edilir. Azadolma məbləği adi qaydada 100 manat, avtomobil kommersiya məqsədi ilə istifadə ediləndə isə 1000 manat təyin edilir.

Hər iki məhsul üzrə detallı məlumat bunlardır:

QOŞA KASKO MƏHSULUNA DAİR MƏLUMAT 

Sığortalı: Fiziki şəxslər
Sığortaçı: “AtaSığorta” ASC
Sığorta müddəti: Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində
Coğrafi ərazi: Azərbaycan Respublikası

 

Bölmə 1:                Nəqliyyat vasitələrinin (kasko) sığortası 

Minik avtomobilləri üzrə Sığorta tarifləri: Sığorta haqqının məbləği ilkin avtomobilin real bazar dəyərinin 3.5 %-ini, ikinci avtomobilin real bazar dəyərinin 1.75 %-ini təşkil edir.

 

İki avtomobildən bazar dəyəri baha olana 3.50% tarif tətbiq olunur.

QOŞA KASKO üzrə xüsusi şərtlər: 4.     Müştəri tərəfindən əlavə cəlb olunan yalnız 1 avtomobil üzrə sığorta haqqı məbləğində 50% endirim təqdim olunur.

5.     Birinci avtomobili sığortalayan müştəriyə müddəti 2 ay olan endirim sertifikatı təqdim olunur. İki ay ərzində sertifikat istifadə edilmədiyi halda müvafiq sertifikat qüvvədən düşmüş hesab edilir.

6.     Bazar dəyəri 70 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.

7.     Yalnız 2007-2017-ci illər istehsalı olan avtomobillər üçün təqdim olunur.

8.     Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.

9.     Məhsul hüquqi şəxslərə şamil edilmir.

 

 “SƏRFƏLİ SIĞORTA” – KASKO MƏHSULUNA DAİR MƏLUMAT             

Sığortalı: Fiziki şəxslər
Sığorta olunan: Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs
Sığortaçı: “AtaSığorta” ASC
Sığorta müddəti: Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində
Coğrafi ərazi: Azərbaycan Respublikası

Bölmə 1:

Minik avtomobilləri üzrə Sığorta tarifləri: Sığorta tarifi – 4.00% təşkil edir.

 

1.     Sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir.

2.     Sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.

3.     Sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı sığorta haqqının ikinci yarısını ödəməlidir.

Xüsusi şərtlər: 1.     Bazar dəyəri 10 000 AZN-dən 60 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.

2.     Yalnız istehsalı ili 2000 ildən yuxarı olan avtomobillər üçün təqdim olunur.

3.     Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.

4.     Məhsul hüquqi şəxslərə şamil edilmir.

5.     Məhsul “AtaSığorta” ASC-nin əməkdaşları və onların ailə üzvlərinə şamil edilmir.

                 

 

reklam

reklam

0 Comment on this Article

Add a comment

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US