Contact phone number:(+99450) 247 34 27

Contact email:

8 Mart üçün hədiyyə axtaranlar..

03/08/2018

Sizcə xanımlar nəyi sevir? Yaxud xanımlara nə hədiyyə edə bilərsiniz? Və ümumiyyətlə hədiyyə seçimi, axtarışı üçün vaxtınız, zamanınız yoxdur?

Elə isə, bu dəfəki yazımız sizlər üçündür, əziz bəylərimiz və ya hədiyyə axtarmağa zamanı olmayan şəxslər.

Bir neçə gündür ki, ticarət mərkəzlərində, hədiyyə mağazalarında, növbələr və müştəri sıxlığına rast gəlirəm. Səbəb isə, 8 Mart Beynəlxalq Qadınlar Günüdür. İnsanların bəziləri nə hədiyyə etməkdə çətinlik çəkir, bəziləri hədiyyəni haradan almasında çətinlik çəkirlər, bəzilərinin isə ümumiyyətlə hədiyyə axtarışına ayıracaq zamanı yoxdur.
Bütün bunları nəzərə alaraq, növbəti bloqum sizlər üçündür.

Xanımlar hansı hədiyyələri sevir?

İlk öncə bildirək ki, xanımların böyük əksəri zinət əşyaları, ətirlər, gül dəstəsi və s. hədiyyələrə üstünlük verir.

Hal-hazırda isə sizin işinizi asanlaşdıracaq ticarət mərkəzləri var, hansılar ki, çox gəzmədən asanlıqla hədiyyə tapmaq olar.  Bügünki gündə xanımlar üçün əl çantası, hər hansı bir zərif şarf – geyim və ayaqqabı- aksesuar mağazalarından (Kemal Tanca), müxtəlif ətirlər, kosmetik vasitələr – parfumeriya mağazalarından tapa bilərsiniz. Bundan əlavə zinət əşyalarına da hər bir ticarət mərkəzlərində və ən əsası isə öz zinət əşyaları ilə göz oxşayacaq GOLDSTAR mağasından ( Əcəmi m/st) rast gəlmək olar.

Daima baxımlı olmağı sevən xanımlarımız üçün ALTUN STUDIO-nu tövsiyyə edirik. Xanımların sevdiyi hədiyyələrdən biri də ətirdir ki, buna da şəhərin kosmetika və parfumeriya mağazalarında və həm də geniş çeşiddə rast gəlmək olar. Və qeyd edək ki, bayram qabağı həmin mağazalarda endirim kampaniyası da elan olunur.

Təbrik etmək istədiyiniz xanımı harasa yeməyə götürmək istəyirsinizsə, o zaman Chayrud kafeni tövsiyyə edirik. Bayram günlərində xüsusi bəzənən və menyularda endirim olunan bu məkan öz dizaynı ilə hər kəsi cəlb edir.

Xanımlar şokoladı, şirniyyatı da sevirlər. Buna görə aldığınız hədiyyənin yanında kiçik bir şokolad və ya tort hədiyyə edə bilərsiniz. Bu həm hədiyyənizi daha zövqlü və kreativ edər, həm də xanımın zövqünə daha çox xoş gələr.

Xanımların çox sevdiyi və hətta bəzilərinin ayrıla bilməyəcəyi yer mətbəxdir. Buna görə də, hədiyyə alarkən buna da diqqət yetirin. Ola bilər ki, hədiyyə aldığınız xanım ətirdən daha çox qab-qacağa, çay dəstinə üstünlük verir. Bunları isə, Selhome-dan əldə edə bilərsiniz.

Daha bir hədiyyə isə məişət avadanlıqlarıdır. Xanımınıza əgər mətbəsi sevirsə, son model mikser, blender, toster və s hədiyyə edə bilərsiniz.
Keçək telefonlara. Xanıma hər hansı telefonu hədiyyə etmək istəyirsinizsə Binə Ticarət Mərkəzində yerləşən VİP Music Binə mağazasına üz tuta bilərsiniz. Burada qiymətlər çox mümasibdir və üstəlik də telefonun üzərində bəzi aksesuarlar hədiyyə edilir.

Real şəkildə hədiyyələrə baxıb seçim etmək istəyirsinizsə isə, bir neçə gündür instagram səhifəmizdə hədiyyəlik əşyalar paylaşırıq və paylaşmağa da davam edəcəyik. Səhifəmizi izləyərək, vaxt sərf etmədən də hədiyə seçə bilərsiniz. (@neharada.az)

Ən sonra qeyd edim ki, xanımlara nə hədiyyə edirsiniz edin amma mütləq yanında bir ədəd belə olsa gül almağı unutmayın! Xanımlar gülləri çox sevirlər. Ələxsus da hədiyyə edəcəyiniz xanım anadırsa, o zaman baş taclarımıza bir dəstə gül hədiyyə etməyi unutmayaq! Bizi həyata gətirən, yaşadan analar-xanımlardır!

Bayramınız mübarək, əziz xanımlar! Hər zaman təravətli, xoşbəxt olmağı və ən əsası da güclü olmağı arzulayıram sizlərə!

Pərvin Hacıyeva

 

reklam

reklam

0 Comment on this Article

Comment closed!

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US