Contact phone number:(+99450) 247 34 27

Contact email:

Novruz bayramı süfrəsi necə olmalıdır?

03/17/2018

Yurdumuza bahar gəlir… Təbiət oyanır, hər tərəf yaşıllaşır, quşların cəh-cəhi adamın ruhunu oxşayır, yaz günəşi insanı daxilən isidir. Sanki, insanlarda yeni ümidlər yaradır, yeni arzular, xəyallar formalaşdırır.

Bəlkə də, məhz buna görə Baharın gəlişini hər kəs sevə-sevə, təntənəli şəkildə qeyd edir. Baharın gəlişini isə, Novruz bayramı ilə qeyd edirik.

Novruz bayramı dedikdə hansı atributları düşünürük? Təbii ki, səməni, Kosa, Keçəl, Bahar qızı, tonqallar, hədiyyələr, papaq atmalar və s. Bütün bunlarla yanaşı ağıla gələn ilk şeylərdən  şəkərburanı, paxlavanı, badamburanı, qoğalı, plovu, dolmanı, rəngarəng şamları, yumurtanı da misal göstərmək olar.

Novruzda hər kəs bir-birinə qonaq gedir və ya hər birimiz evimizə qonaq dəvət edirik. Və bu zaman bizim ən çox dadımıza çatan bizim süfrələrimiz olur. Başqa deyimlə desək, bayramın əsas atributlarından biri də süfrədir. Novruz süfrəsi isə zəngin olmalıdır. Adətdəndir, böyüklərimizdən bizə gəlib çatan ənənələrdir ki, qonağı razı şəkildə yola salmaq, süfrələrimizi min bir nemətlə bəzəmək və s. təbii ki… imkan daxilində.

Bəs biz Novruz süfrəmizi nə ilə bəzəyə bilərik?  Daha doğrusu necə bəzəməliyik? İstər aksesuar cəhətdən istərsə də dadlı təamlardan. Bir sözlə, Novruz bayramı süfrəsinin olmazsa olmazları və süfrənin daha maraqlı etməyiniz üçün təkliflərimizi qeyd edəcəyik.

İlk öncə başlayaq süfrədən. Masada hansı rənglər üstünlük təşkil edəcək? Ən vacib məqamlardan biridir. Bilirik ki, Novruzun rəngləri çəhrayı, açıq yaşıl, qırmızı və ağ rəngləridir. Daha sonra süfrədəki qab-qacağa önəm verməlisiniz. Qab-qacaqlar həm düsündüyünüz yeməklərə uyğun olmalı, həm də masadakı rənglərlə uyğunlaşmalıdır. Yəni boşqablar, çəngəl-bıçaq setləri, stəkanlar, bakallar bir-biri ilə ahəng olmalıdır. Masadakı bütün hakim tonlar bir-birini izləməlidir.

Süfrəni bəzəmək üçün müxtəlif aksesuarlardan da istifadə edə bilərsiniz. Bu sizin süfrənizin mükəmməl görünməsinə şərait yaradacaq. Süfrənin daha xüsusi görünməsi üçün rəngli salfetlərdən, şamlardan istifadə edə bilərsiniz. Bu həm adi şamlar ola bilər, həm də Novruz atributlarının maketi olan (yumurtalar, səmənilər və s.) şamlar. Seçim sizdən asılıdır. Süfrənizə hansı daha uyğundursa onlara üstünlük verin.

Daha sonra süfrənizə badam ağacının çox kiçik budağını və ya budaqlardan dekor kimi tonqal qoya bilərsiniz..

  

İndi isə keçək süfrədəki “Əvəzolunmaz” nemətlərə:

Stola 7 ədəd S hərfi ilə başlayan qidalar qoyulması adətini, yəqin ki, bunu çoxları bilir: səməni, su, süd, sarı qızıl, sünbül, siyənək balığı, süzmə, sucuq və s. Niyə bu belədir, soruşursunuzsa, deyə bilərik ki, keçmiş zamanlarda insanlar dünyanın 7 təbəqədən ibarət olduğunu hesab edirdilər. Ona görə də ildəyişmə bayramında (Novruzda) 7 növ xörək, 7 növ şirniyyat, 7 növ çərəz və s.

“NOVRUZ XONÇASI”-da nələr olmalıdır?

Süfrələrin bəzəyi olan xonçalarda boyanmış rənarəng və naxışlarlarla bəzədilmiş yumurtalar, rəngli şamlar, səməni, şəkərbura, badambura, paxlava, qoğal, rəngli meyvə quruları (əncir qurusu, tut qurusu, zövqə görə kivi, ananas, xurma quruları və s.) , çərəz çeşidləri innab, iydə, xurma, qoz, fındıq, şabalıd, şabalıd, yer fındığı, püstə, bər-bəzəkli konfetlər, şirniyyatlar və daha nələr, nələr…

O ki qaldı süfrədəki yeməklərə, əlbəttə ki, bayram süfrəsini yeməklərin şahı plovsuz təsəvvür etmək olmaz. Daha sonra isə balıq, dolma, toyuq, kabab və s. zövqə uyğun dəyişir. Müxtəlif salatlar, ananas, şuba, mimoza, toyuq, qarğıdalı və s. hər kəsin zövqünə uyğun şəkildə hazırlanıb süfrələri bəzəmək üçün təqdim edilir.

 

Bayram-gözəllikdir. Bayramı dolu-dolu yaşayın. Bayram günlərində çəkinizdə artım belə olsa çalışın ki, bu sizin əhval-ruhiyyənizə təsir etməsin.

Qarşıdan gələn bayramınız mübarək! Qoy bu Bahar hər kəsin evində hüzur olsun! Küsülülər barışsın və mehribanlıq olsun! Bu bahar bütün hər kəsin süfrəsi bər-bəzəkli, ruzi-bərəkətli olsun! Hər daim can deyib, can eşıdəsiniz! Qoy gələn Bahar özü kimi həyatınızı da təravətləndirsin, hər kəsdə ruh yüksəkliyi yaratsın, hər kəs sağlıqlı həyat yaşasın!

Bayramın Mübarək, Azərbaycan!

Pərvin Hacıyeva

 

reklam

reklam

0 Comment on this Article

Comment closed!

MƏKAN AXTARIŞI

LATEST ADDED

  • Medican Hospital Lənkəran

    Medican Hospital Lənkəran

    20 Yanvar küçəsi 71, Lənkəran, Azərbaycan
  • Ətraf Mühitin Mühafizəsi Departamenti

    Ətraf Mühitin Mühafizəsi Departamenti

    Bəhram Ağayev 100A, Bakı, Azərbaycan
  • Təmiz Şəhər

    Təmiz Şəhər

    Xocalı prospekti 55, Bakı, Azərbaycan

NEAR ME

    Please share your location to view this widget content

RECENT RAITING

  •  1 HISSA şadlıq evi

    HISSA şadlıq evi

    Bakı, Bəkir Çobanzadə küç., 2405
    ilona quote Потрясающее обслуживание. Отличное меню. Очень красиво оформлен зал. Огромное спасибо всем сотрудникам этого прекрасного заведения. Удивило всё: красота, настоящий дворец, чистота помещения(особенно туалеты!), внимательные, гостепреимные, официанты, лифт с красивым видом на город, музыканты вообще прекрасны. Я считаю, что ресторан и обслуживание заслуживают высшей оценки. СПАСИБО ВАМ ВСЕМ . УДАЧИ ВО ВСЕМ .
    on 09/07/2018
  • hasan quote Veb saytınıza daxil ola bilmədim. Google axtarışı zamanı isə bu və digər veb studiolar qabağıma çıxdı https://www.-----------.az/veb-saytlarin-hazirlanmasi/
    on 08/06/2018
  •  1 Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Baku Electronics MMC (MİNGƏÇEVİR FİLİALI)

    Mingəçevir, N. Rəfibəyli küç. 11A,
    serxan quote salam men sizden SAMSUNG J2 PRIME almaq isteyirem beribawdan ne qeder vermeliyem ve ayda nece manat xaiw edirem cavab yazin
    on 08/03/2017

FOLLOW US